ERCP necə icra edilir və hansı alternativləri var?

ERCP prosedurundan öncə xəstələr altı səkkiz saatlıq bir aclıq tələb olunur. Yəni mədənin tamamilə boş olması vacibdir. Xəstələr acqarına xəstəxanaya gəldikdən sonra müraciət etdikdən sonra xəstələr stasionar şəraitdə yerləşdirilir, palataya alınır və bundan sonra əməliyyat blokuna keçirilir. Əməliyyat blokunda xəstələr normal qastroskopiya proseduru formasında əməliyyatımız icra olunur. Burada xəstələrimizdə həm endoskopiya, həm də xüsusi rentgen vasitəsilə əməliyyat icra olunur. Əməliyyat zamanı mərkəzdən asılı olaraq ümumi narkoz ümumi anesteziya ilə əməliyyat icra oluna bilər və ya sedasiya vasitəsilə damar daxili xəstələrə verilən 10 -15 dəqiqə yatırma dərmanlarından istifadə edərək bu proses icra oluna bilər. Bu, hər hansı mərkəzin praktikasından asılı olaraq dəyişə bilər və ERCP əməliyyatının gedişatına ancaq heç bir fərqi yoxdur. Xəstələrdə yatızdırıldıqdan sonra endoskopiya cihazı kimi olan bu cihazımız qida borusu mədə, onikibarmaq bağarsaqdan keçilir və onikibarmaq bağırsağın ikinci qisminə düşən papella-od disfinkteri dediyimiz bir dəlikdən icra olunur. Çox kiçicik mm lik bir iki mm ölçüsündə olan bu dəlik açılaraq genişləndirilir. spinteratamiya olunur və öd kanalında olduğumuzdan tam əmin olduqdan sonra ilkin olaraq öd kanalının görüntüsünü rentgendəki görüntüsünü alırıq. Öd kanalındakı bu mexaniki sarılığı yaradan səbəbin diaqnozunu tam düzgün dəqiqləşdirilir. Əgər öd kanalında bir daşsa mexaniki sarılığı yaradan bu daş xüsusi balonlar vasitəsilə sürtüdülərək bağırsağa salınır, öd kanalı təmizlənir və ya bu öd kanalındakı bu mexaniki sarlığı yaradan bir bədxassəli törəmək isə bu zaman stentlərdən istifadə olunur və xoledov sərbəstləşdirilir ki, öd rahatlıqla bağırsağa axıb tökülsün. Xəstələrdəki sarılıq aradan götürülsün. Bəzi xəstəliklərdə məsələn, primer skrozan xolangitdə diaqnozun tam dəqiqləşdirilməsinin qızıl standartı tam diaqnozun qoyulması ERCP vasitəsilədir. Bunlar da diaqnoz qoyulduqdan sonra balonla şişirdilərək daralmış öd yolları genişləndirilir, ercp prosedurundan sonra xəstələrdə stasionar şəraitə alınırlar yenidən və həmin gün qidalanma tamamilə dayandırılır. Heç bir qida olmaz. Sabahsı gün xəstənin gedişatından pankreatik vəziyyətinin öncədən və ya prosedurdan sonra olub olmamasından asılı olaraq xəstə dəyərləndirilir.qida rejimi açılır və ondan sonra xəstə evə yola salınır. Xəstəliyin gedişatından xəstəni qəbul etdiyimiz vəziyyətdən asılı olaraq bir gün, iki gün sonra xəstə normal iş rejiminə, həyat tərzinə dönə bilər.
ERCP vaxtında olunmasa, nələrə səbəb ola bilər?
Əgər xəstədə sarılığının səbəbi mexaniki sarılığının səbəbi vaxtında düzgün aşkarlanıb diaqnoz qoyulubsa və ERCP-yə göstəriş varsa həkimi ERCP tövsiyə edibsə, xəstəyə bu zamanında nə qədər tez icra olunarsa, o qədər xəstənin xəstəxanada yatma, vaxtında xəstəliyinin tez düzəlməsində normal, aktiv həyata dönməsində çox rol oynayan faktorlardandır. Əgər xəstələrdə tez bir vaxtda diaqnozu qoyulur və tez bir vaxtda ERCP əməliyyatı icra olunursa məsələsi xoledoxdakı daş vaxtında çıxarılırsa, xəstənin ciddi pankreativ, xolanjit olma sepsisə getmə ehtimalları da azalır və xəstələr bəzən bir gün içərisində və ya sabahsı gün rahatlıqla evə göndərilə bilir və normal qidalanma rejiminə həyat tərzinə dönə bilirlər. Ancaq xəstələrin vaxtında diaqnozu qoyulmazsa, mexaniki sarılığının diaqnozu vaxtında qoyulmazsa və ya diaqnoz qoyulduqdan sonra xəstələrdə ERCP göstərişi var ancaq xəstə hər hansı bir səbəbdən bunun vaxtını uzadırsa, getdikcə ciddi sepsisə, çox ciddi pankreatitə, xolanjitə öd yollarının və öd kisəsinin iltihablaşmasına və nəhayət bütün bədənin infeksiyalaşmasına, iltihablaşmasınasepsisə gətirib çıxardır ki, çox ağır fəsadlarla özünü göstərir. Böyrək çatışmamazlığı ürək problemləri və komaya qədər xəstənin getməsinə gətirib çıxardır və sonuc ölümlə nəticələnir.
ERCP-nin alternativ müalicə metodları hansılardır?
ERCP-nin göstərişindən asılı olaraq ERCP-yə digər alternativ olan üsullar da var. Daha doğrusu digər alternativ üsullara yönəlik ERCP kəşf olundu, ERCP çıxdı. ERCP də məsəl üçün öd yollarında bədxassəli bir törəmə varsa və bu xəstədə mexaniki sarılıq yaradırsa, bunu ERCP vasitəsilə qida borusu, mədə, onikibarmaq bağırsaqdan keçilərək fater məməciyindən ümumi öd axarına keçilir və buraya stend təyin edilir. Ancaq alternativ olaraq ptk ilə, yəni perkutan olaraq dəridən deşilərək qaraciyərin içərisinə keçilir. Qaraciyər daxili öd yollarından ümumi öd axarına keçilir. Bu metod maddi yöndən ERCP yə nisbətən daha bahalıdır və prosedur bir neçə seansda aparıla bilər və xəstəyə daha böyük travmatik bir prosedurdur. Digər ercpmizə alternativ üsullardan açıq cərrahiyyə metodudur. Öncələr ERCP nin tam təkmilləşmədiyi bir zamanlarda xəstələrdə hətta öd daşı xəstəliyi olduqda belə xoledoxun açılması, daşın oradan çıxarılması və hətta xoledoxun bəzən yerinin dəyişdirilməsi və xoledoxa olunan travmatik bir zədədən sonra ciddi xəstələrdə ağırlaşmalar çıxıb və buna alternativ olaraq əslində ercp kəşf olundu. ERCP çıxdı və ERCP-nin invaziv üsullarından istifadə olunmağa başladı. Cərrahiyyə metodu ilə qarşılaşdırdığımızda ercp maddi yöndən daha uyğundur və xəstəyə az travmatikdir.