Həkim haqqında
- Qastroenteroloq, hepatoloq və invaziv endoskopist

Qastroenteroloq, hepatoloq və invaziv endoskopist
Qəbul üçün əlaqə<p>Dr. Aqil Ağakişiyev qastroenterologiya və hepatologiya sahələrində ixtisaslaşmış, yerli və beynəlxalq təcrübəyə malik həkim-mütəxəssisdir.</p>
Dr. Aqil Ağakişiyevin peşəkar inkişaf yolu həm yerli, həm də beynəlxalq səviyyəli nüfuzlu tibb müəssisələrində formalaşıb. O, ali təhsilin bakalavr pilləsini 2003-2009-cü illərdə Azərbaycan Tibb Universitetində müalicə-profilaktika ixtisası üzrə yüksək nəticələrlə başa vurmuşdur. Tibb elminə olan marağı onu ölkə hüdudlarından kənara aparmış və o, 2008-2009-cu illərdə Türkiyənin ən qabaqcıl tibb universitetlərindən olan Hacettepe Universitetində Patoloji Gastroenteroloji bilim dalında təcrübə keçmişdir. Azərbaycan Tibb Universitetindən məzun olduqdan sonra birillik qastroenteroloji ixtisas artırma kursunu da bitirmiş və 2010-2013-cü illər aralığında Qaziantep Üniversitesi, Şahinbey Araştırma və Uygulama Hastanesi, İç hastalıkları Ana Bilim Dalında Gastroenteroloji-Hepatolji Bilim Dalı Yan Dal Uzmanlık Eğitiminde üst ixtisas hazırlığı keçmişdir.
Peşə birlikləri
EASL
Avropa Qaraciyər Araşdırmaları Cəmiyyəti üzvü
APASL
Asiya-Sakit Okean Qaraciyər Araşdırmaları Cəmiyyəti üzvü
İxtisas istiqamətləri
Təhsil və klinik təcrübə
Azərbaycan Tibb Universiteti
Müalicə-profilaktika işi üzrə ali tibbi təhsil
Dövlət və özəl xəstəxanalar
Cərrahi və terapevtik profilli şöbələrdə klinik fəaliyyət
Hacettepe Universiteti
Patoloji və qastroenterologiya üzrə klinik təcrübə
Gaziantep Üniversitesi
Qastroenterologiya və hepatologiya üzrə üst ixtisas hazırlığı
Medistyle Hospital
Qastroenterologiya və endoskopiya üzrə həkim
Avrasiya Hospital
Qastroenterologiya və hepatologiya üzrə həkim
Ege Hospital
Baş həkim
Olimp Hospital
Klinik rəhbərlik və həkim fəaliyyəti
Medistyle Hospital
Qastroenterologiya və hepatologiya üzrə həkim
Avropa Beynalxalq Hospital
Qastroenterologiya və hepatologiya üzrə həkim
Qəbul barədə məlumat
Müayinə vaxtı və ilkin sənədlərlə bağlı məlumat üçün əlaqə səhifəsindən istifadə edə bilərsiniz.
Əlaqə səhifəsi