Bloq səhifəsinə qayıt

Hepatit B cinsi yolla ötürülə bilərmi?

Hepatit B cinsi yolla ötürülə bilərmi?

Hepatit B daşıyıcısı valideyn ola bilərmi?

Hepatit B daşıyıcısı olan insanların valideyn olunmasında hər hansı bir problem görünmür. Bu insanlarda virusun miqdarı çox aşağı olduğu üçün və bunların yoluxdurma qabiliyyəti də hədsiz aşağı olduğu üçün cinsi əlaqə yolu ilə və ya uşağı olmasında, yoluxmasında hər hansı bir problem görülmür. Bu şəxslərdə istər cinsi yolla, istər digər ailədaxili təmas yolu ilə yoluxmada çox çox aşağı bir risk vardır və uşaq anadan olduqdan sonra körpə 12 -24 saat ərzində onlan immunoqloblin və peyvəndlər vasitəsilə qorunaraq, hepatit B dən tamamilə azad olmuş olurlar və sonrakı dövrdə ananın uşağa süd verilməsində də hər hansı bir sıxıntı problem yaranmır və ondan sonrakı dövrdə də ailədaxili körpəyə, valideynlərdən keçməsində də tamamilə qoruyuculuq yaranmış olur.

Hepatit B virusu olan analar uşaqları əmizdirə bilərlərmi?

Hepatit B xəstəsi olan anadan doğulmuş körpələrin əmizdirilməsində hər hansı bir əks göstəriş yoxdur. Hər hansı bir problem yoxdur. Çünki Hepatit B-dən doğulmuş analardan körpəyə həm immunoqloblin həm peyvənd olunur və hepatit B-yə qarşı qoruyuculuq yaranır. Ana südündən zatən uşağa keçmə ehtimalı çox az olduğu üçün, yəni qanda bunun titri çox yüksək olur. Ancaq ana südündə virusun miqdarını araşdırdığımızda çox az miqdarda olur və virulentliyi çox zəifdir. Yəni, virusun özü də azdır və virusun yoluxdurma qabiliyyəti də çox aşağı olur. Qarşı tərəf körpə isə həm immunoqlobin, həm peyvənd olunduğu üçün yoluxma ehtimalı yox səviyyəsindədir. Ona görə də Hepatit B olan anaların körpəyə süd verilməsində hər hansı bir əks göstəriş görülmür, rahatlıqla verə bilərlər.

Hepatit B virusu xəstələri valideyn ola bilərlərmi?

Hepatit B xəstələri valideyn ola bilərlər. İstər ana olsun, istər ata olsun. Hepatit B xəstəsidirsə əgər valideyn olmaqdan hər hansı bir əks göstəriş yoxdur. Hepatit B-də əgər ata xəstədirsə, cinsi yolla anaya keçmə ehtimalı çox azdır, yox səviyyəsindədir. Körpəyə keçmə ehtimalı isə bu günə qədər rastlaşılmamışdır və yoxdur. Əgər ana hepatit B olarsa körpəyə keçmə ehtimalı daha çox hamiləliyin son trimestrində, yəni hamiləliyin yeddinci, səkkizci, doqquzuncu aylarında virus çox şiddətli yüksələrsə, milyonların üzərində olarsa titrib və immunitoleranz fazada olarsa keçmə ehtimalı 1-3% faiz təşkil edir. Hepatit B olan analardan körpə doğulduğu zaman 12 və 24 saat ərzində Hepatit B peyvəndi və Hepatit B immunoqloblinin hər ikisinin vurulması tövsiyə olunur. Hepatit B peyvəndi 10 ilə yaxın bir müddətdir ki, yeni doğulan körpələrin hər birinə tətbiq olunur. Ancaq hepatit B olan analarda bunun üzərinə əlavə immunoqloblinin vurulması tövsiyə olunur.

Hepatit B daşıyıcısında müalicəyə ehtiyac varmı?

Hepatit B daşıyıcılarında hər hansı bir müalicəyə gərək yoxdur. Hepatit B daşıyıcılarında virusun miqdarı aşağı olduğu üçün çox az miqdarda olduğu üçün qaraciyərə zərər verəcək miqdarda olmadığına görə bu xəstələr uzunmüddətli daşıyıcı olaraq gedə bilərlər. Ancaq bu virus qaraciyərə zərər vurmaz. Sadəcə müalicənin başlanılması boşuna maddiyyat olduğunu düşünülür. Hepatit B daşıyıcılarında ancaq müalicə verilməsə də, altı ayda bir kontrolda olması vacibdir. Yəni bu xəstələr əgər müalicə verilmirsə, uzun müddətdə bu virus özündən orqanizmin immun sistemindən asılı olaraq tamamilə yox olub gedə bilər. Xəstə şəxs tamamilə öz özünə sağalmış ola bilər və ya altı ayından sonra baxdığımızda virusun miqdarı məsələn üç yüzdən qalxa bilər üç minə, beş minə, bir milyona yəni virusun miqdarı titri arta bilər və o zaman artıq aktiv hepatit B olduğunu düşünürük və o zaman müalicə yönündən araşdırılması və müalicə şərt olur. Hepatit B daşıyıcıları dediyimizi tamamən kontrolsuz buraxmaq doğru deyil. Onların altı ayda bir müayinədə olması, virusun əkilməsi, pzr analizi dediyimiz onlarla dəyərləndirilməsi və bu analizlərin müqayisə olunması vacibdir.