Hepatosteatozun müalicəsi və fəsadları

Hepatosteatozun mərhələləri hansılardır?
Qaraciyər yağlanmasının mərhələləri ən əsas, daha çox günümüzdə praktik olan qaraciyərin UZİ-si ilə təyin edilir. Ancaq akademik yöndən yanaşdıqda isə qaraciyər yağlanmasının mərhələsi və qaraciyər yağlanmasının diaqnozu qaraciyər biopsiyası ilə təyin oluna bilər. Günümüzdə daha çox qaraciyər UZİ-sindən istifadə edirik ki, burada birinci, ikinci, üçüncü dərəcəli qaraciyər yağlanması, Çox ağır hallarda dördüncü dərəcəli qaraciyər yağlanması ilə də təsnifat edə bilirik. Qaraciyər yağlanmasının ilkin mərhələsində əgər qaraciyərimizin böyüməsinə gətirib çıxartmayıbsa və qaraciyər analizlərinə çox ciddi təsir etmirsə, xəstədə ciddi metabolitik sindrom yaratmayıbsa, o zaman ciddi müalicəyə ehtiyac olmur. Xəstənin pəhriz və günlük aktiv hərəkəti ilə bu yağlanmanı azaltmaq şansı olur. Ancaq ikinci və üzəri olan yağlanmalarda isə xəstələrdə ciddi qaraciyər böyüməsi, hepatomeqaliya və ya qaraciyər analizlərinə ciddi təsir edirsə, bu zaman çox ciddi müalicəyə ehtiyac olur. Üçüncü dərəcəli qaraciyər yağlanmalarında artıq xəstələrdə bir fibrozisin olduğunu tam açıq aşkar bilmək olur. Bunu birincili olaraq ən düzgün diaqnozu qaraciyər biopsiyası ilə müəyyən olunur ki, bu xəstələrdə biopsiyada hüceyrələrdə fibrozlaşma, bərkimə görə bilirik. Qaraciyər xəstəlikləri kimi qaraciyər yağlanmasında da müalicə olunmazsa, qaraciyər sirrozu ilə nəticələnir. Biz xəstələrimizdə ilkin olaraq ultrasəs müayinəsində həm qaraciyərin, həm dalağın böyüməsini ilkin etapda görə bilirik.
Hepatosteatozun müalicəsi necə aparılır?
Qaraciyər yağlanmasının müalicəsində ən əsas faktı qaraciyər yağlanmasını yaradan səbəbin aradan qaldırılmasıdır. Qaraciyəri yağlandıran səbəb aradan qalxdıqdan sonra qidalanma rejiminə, pəhrizinə düzgün əməl olunarsa və xəstələrdə aktiv həyat rejiminə keçərlərsə, qaraciyər yağlanması tamamilə müalicə oluna bilən bir xəstəlikdir. Qaraciyərin yağlanmasında pəhrizi çox önəmlidir. Bəzən çox ciddi yağlanmalar olur və xəstə çox çəkili olur. Bu zaman artıq dietoloqla bərabər müalicənin aparılması uyğun olur. Ancaq çox ciddi, ağır çəkisi olmayan xəstələrdə və yağlanmanı müalicə ilə özünün idarə edə biləcəyi pəhrizlə azalda bilirsə, o zaman xəstənin özü də müalicəsinə apara bilər. Qaraciyər yağlanmasında günlük yarım saat, qırx dəqiqə ən azı beş, on kilometr olmaqla günlük çox ciddi aktiv hərəkət eləməlidir. Qaraciyər yağlanmasında pəhrizimizdə ən əsas çox yağlı yeməklərdən, xolesterol tərkibli qidalardan uzaq durulması.ox duzlu yeməklərdən və çox şirin, karbohidratlı qidalardan uzaq durulması vacibdir.
Hepatosteatoz müalicə olunmasa nələrə səbəb ola bilər?
Günümüzdə daha çox xəstələrimizi düşündürən və bəlkə də xəstələrimizdə ilk gördükdə çox da ciddiyə almadıqları bir problemdir. Əslində bu qaraciyər yağlanması hər kəsdə var və müalicəyə ehtiyac yoxdur deyə düşünülür. Digər qaraciyər xəstəlikləri kimi qaraciyər yağlanması olan xəstələrdə də steatohepatiti olan xəstələrdə də qaraciyər sirrozu və qaraciyər xərçəngi əmələ gəlir. Qaraciyər sirrozu olmuş xəstələrdə hətta qaraciyər yağlanmasının müalicəsi çox çətin gedir. Bu xəstələrimizi qaraciyər sirrozu eləməmiş, qaraciyər xərçəngi eləməmişsə də belə xəstələrimizdə ciddi metabolitik sindrom yaradar. Qaraciyər yağlanması olan xəstələrdə ən əsas kardioloji ürək problemləri yarada bilir ki, bu xəstələrimizdə daha çox xolesterolların və TVİSED in yüksəlməsi ilə hipertenziya təzyiqin davamlı yüksək olması və sonunda xəstələrdə stenokardiya, damar tıxanıqlıqlarına gətirib çıxarda bilirlər və bunlar daha çox infarktla nəticələnir.