Kron xəstəliyi və əlamətləri

Kron xəstəliyi iltihabi bağırsaq xəstəliklərindən biridir. İltihab bağırsaq xəstəlikləri olaraq Kron və ünserativ kolit, qeyri-spesifik xoralı kolit dediyimiz iki növə ayrılır və bunların ən başlıcası Kron xəstəliyidir. Bunlardan başqa iltihab bağırsaq xəstəliyinə çox az-az rast gəlinən intermitdən kolitlərdə rastlaşırıq. Kron xəstəliyi iltihab bağırsaq xəstəliklərinin ən önəmlisi olub və bu xəstəliklər daha çox immun sistemə bağlı alto immun gedişatlı bir genetik xəstəlikdir. Kron xəstəliyində bağırsaq iltihablaşmasına görə bu bağırsaq iltihablaşması hər hansı çöldən orqanizmə keçən infeksiyanın bakteriya və ya virus nəticəsində deyil, orqanizmin immun sistemi ilə bağlı yaranan bağırsağın iltihablaşmasıdır. Kron xəstəliyində bağırsağı tutar və bu xəstələrimizdə ən çox yüzdə səksən hallarda yoğun bağırsağın incə bağırsağa keçid hissəsi olan terminal ileum dediyimiz bu bölgəni tutar, incə bağırsağın qısa bir seqmentini daha çox tutur, yüzdə səksən. Bəzi xəstələrimizdə isə bunlara incə bağırsaq tutumlu Kron xəstəliyi, bəzi xəstələrimizdə isə yoğun bağırsaq kolonik tutulum dediyimiz yoğun bağırsağın tutulması ilə gedən formalarına rast gəlirik ki, bu halla yüzdə on beş hallarda rastlaşırıq. Bəzi hallarda isə Kron xəstəliyi tam ağız boşluğundan dildən qida borusu, mədə onikibarmaq bağırsağı da tutması olur ki, buna üç qastro intensional sistemin tutulması olaraq qiymətləndiririk və yüzdə beş hallarda bununla rastlaşırıq. Bəzi xəstələrdə həm qida borusu, mədə, onikibarmaq bağırsaq, incə bağırsaq və həm də yoğun bağırsağın tutulmasıyla gedən ciddi kron xəstələrini görə bilirik. Kron xəstələrində bağırsaqların iltihablaşmasına bağlı olaraq ciddi avtoz xoralar əmələ gəlir. Yəni yer yer, qəpik formasında avtos.zəri ağ ərpli, dərin dabanlı, kənarları ödemli, iltihablı bir xoralar görünümü verirlər. Kron xəstəliyində bu xoralar daha ciddiləşərsə bağırsağın perforasiyası və təkrarlanan xoralar olarsa, bağırsaqların obstruksiyası tıxanıqları və fistülləri ilə nəticələnir.
Kron xəstəliyinin əlamətləri və simptomları nələrdir
Kron xəstəliyinin əlamətləri xəstədən xəstəyə aid olaraq müxtəlif gedişatlı ola bilər. İlkin olaraq Kron xəstələrində tez tez qarın alt bölgəsinə aid olan spastik ağrılarla özünü göstərir. Bu xəstələrdə ən əsas daha çox sağ qalça çuxurunda olan apensit bənzəri xroniki apendisit bənzəri ağrılar olur. Hətta bu xəstələrin bir çoxu yanlış və ya doğru yerə apendisit əməliyyatı olunmuş olurlar, hansı ki, yoğun bağırsağı incə bağırsağı keçən bölümündə daha çox xoralar əmələ gəldiyi üçün bu ağrılar daha çox sağ qalça çuxuru nahiyəsində özünü göstərir. Qoy xəstəliyində ağrılardan başqa ən əsas daha çox ishallarla tez-tez periodik olan ishal bəzən də qəbizliklə özünü göstərir. Xəstəlik daha da irəlilədikcə temperaturun olması, nəcisdə tez tez seliyin, iltihabın olması və nəcislə qarışmış tünd rəngli qanın olması ilə özünü göstərir. Əgər bu xoralar bağırsağın aşağı seqmentlərinə, yəni rektuma sigmoid kolona enən kolona olan bölgələrdədirsə, bəzən də açıq rəngli qanın olması ilə də biz bu əlamətləri görə bilərik. Xəstələri daha çox narahat edən gecə yuxusundan oyanmalarına səbəb olan qarın ağrıları, spastik qarın ağrıları ishal bəzən qəbizlik, hədisdə qanın olması çox aşağı formada gedən hərarətin təkrarlanması ilə özünü göstərir və daha ağır formalarında isə xəstələr ağırlaşmış mərhələlərdə bizə gəldikdə xəstələrdə ciddi qəbizliyin, qarında, şişliyin və bağırsaq keçməzliyi əlamətləri ilə bizə gəlirlər ki, bu vaxtı bu xoraların təkrarlanmasına bağlı olaraq həmin o hissələrdə obstruksiya tanıqlıq yaranır, hansı ki, bağırsağın bu hissəsində deformasiyalar olur və xəstələrin böyük bayıra getməsinə nəcisin atılmasında sıxıntı yaranır və xəstələr bağırsaq keçməməzlik əlamətlərinə gəlir. Daha çox xəstələr bizə gecikmiş hallarda gəldiyindən rektumun anal bölgənin yan əzələlərə açılan fistülləri ilə bizə gəlirlər. Bu fistüllər bağırsaqdan çölə açıldığı kimi digər iç orqanlara da açıla bilir ki, hansı ki, sidik kisəsinə və ya bağırsaqdan bağırsağa, bağırsaqdan göbəkətrafı nahiyələrə çıxan bəzi hallarda rastlaşdığımız bağırsaqla öd kisəsi arasında ciddi fistüllər olur ki, bu xəstələrdə təkrarlayıcı və çox çətin müalicəyə cavab verən şikayətlər əlamətlərlə tərəfimizə yönlənirlər.