Kron xəstəyinin müalicəsi və fəsadları

Kron xəstəliyinin müalicəsi varmı?
Kron xəstəliyi bağırsaqların iltihablaşması ilə gedən bir bağırsaq xəstəliyidir. Ancaq bu bağırsaqların iltihablaşması hər hansı bir bakterial və ya infeksion mənşəli deyil. Orqanizmin immun sisteminə bağlı yaranan bir xəstəlikdir. Yəni immunitetimizlə əlaqəli olaraq bağırsaqda olan iltihablaşmadır. Xəstələrimizin tam başa düşəcəyi anlayacağı formada desək, hər hansı bir şəkər xəstəliyinin necə müalicəsi sona qədər olmadığı kimi, bədəndən çıxmadığı kimi Kron xəstəliyinin də müalicəsi tamamilə kökündən yoxdur, yəni tamamilə bədəndən çıxarılmır. Bu bir immun sistemə bağlı olan xəstəlik olduğu üçün immun sistemimizdəki dəyişikliklər hər hansı bir səbəbdən bu stres faktoru ola bilər və ya hər hansı bir infeksion bakterial mənşəli bir prosesdən sonra qıcıqlanıb ortaya çıxmış bağırsağın problemi ola bilər və ya stress fonunda yaranan bağırsaq problemlərimiz olur ki, bunların fonunda Kron xəstəliyi ciddiləşir və Kron xəstəliyi üzə çıxdıqdan sonra müalicəsi başlanır. Kron xəstəliyinin müalicəsində xəstənin şikayətləri və bağırsağın qida borusunun mədənin hansı dərəcədə şiddətli tutulması ilə bağlı olaraq müalicələr də fərqli formada ola bilər. İlk hədəfimiz xoraların tamamilə sağalması, ikinci hədəfimiz isə bu xoraların təkrarlanmamasıdır. Bunun üçün xəstələr üç ay ciddi müalicə aldıqdan sonra ilk 3-9 ayı ciddi nəzarətdə saxlanılır və uzun müddətli bir neçə dərman qəbul etmək məcburiyyətində qalır. Bir neçə il dərman müalicəsindən sonra bəzən bu müalicəni kəsə bilirik. Dərmanları azaldaraq kəsə bilirik. Ancaq xəstəlik təkrarlayarsa yenidən müalicələrə ehtiyac olur. Ancaq çox ağır formaları olduqda isə, hətta xəstələr ömür boyu müalicə almaq məcburiyyətində qalırlar. Xəstəliyin müalicəsi xəstəliyin şiddətindən və ağırlaşmış dərəcəsindən asılı olaraq fərqli formalarda ola bilirlər ki, bu xəstəlikdə ilkin təzə başlanğıclı formalarda orta vəziyyətdə üzərinə düşdükdə tabletka şəklində olan dərmanlardan istifadə olunur ki, bu dərmanlara hormon preparatları immunpressiv. Qrupdan olan dərmanlar dediyimiz mesalazin qrupundan olan dərmanlardan istifadə edirik. Ancaq çox ağır formalarında isə hətta cərrahi müdaxiləyə belə məruz qalırlar ki, bu xəstələrdə bağırsaqlarda tıxanıqlıq obstruksion olduqda stentdən- bağırsaq stentlənməsindən istifadə olunur və ya cərrahi əməliyyat olaraq bağırsağın o hissəsinin kəsilib götürülməsi rezeksiya olunması məcburiyyəti olur. Bəzi xəstələrdə süstülüzan kron dediyimiz bağırsaqdan dəri sahəsinə çıxan, yəni anal kanalın ətrafındakı bölgələrə və ya göbək ətrafı çıxan tüstülərin olması, bağırsaqdan bağırsağa, bağırsaqdan sidik kisəsinə, bağırsaqdan prostata, bağırsaqdan öd kisəsinə və digər orqanlara yaranan fistüllər olur ki, bu zaman antite qrupu dərmanlar dediyimiz çox ağır immun supressiv dərmanlardan İstifadə olunur ki, bunların istifadəsi çox ciddi fəsadlara bəzən səbəb ola bilir. Gənc həkimlərimizə məsləhətimiz kron xəstəsi olan xəstələrdə daha ciddi yanaşmaları və xəstələrin ciddi nəzarətdə kontrollarda olması xəstələrimizə isə məsləhətimiz xəstəliyinin tam düşüncəli formada qəbul etməsi, xəstəliyinin nə olduğunu, necə olduğunu və həkimi tərəfindən daha detallı izahatının alınması və müalicələrinə ciddi yanaşmalarını məsləhət görürük ki, xəstəlik daha da ağırlaşmış fəsadlarla üzə çıxmasın.
Kron xəstəliyi müalicə olunmazsa, nələrə səbəb ola bilər?
Kron xəstəliyi müalicə olunmazsa bağırsaqlarda, mədədə ciddi problemlərə gətirib çıxara bilir ki, bunların ən əsası bağırsaqlarda yaranan fistüllərin olmasıdır. Yəni xüsusi dəliklər şəklində başqa orqanlarla əlaqələnməsi və ya bu fistüllərin dəri üzərinə çıxmasıdır. Fistuluzən Kron deyirik ki, Fistuluzən Kron xəstələrində anusdan bağırsaq ətrafına dəliklərin olması və bu dəliklərdən sıx-sıx iltihabın, nəcisin gəlməsi, göbəkətrafı nahiyə çıxan fistüllərdən nəcisin gəlməsi və bundan başqa xəstənin bağırsaqla sidik kisəsi arasında yaranan fistüllərdən sidiyə getdikdə nəcis qırıntıların olması, bağırsaqla bağırsaq arasında olan bu fistulların olması, bağırsaqla öd kisəsi, bağırsaqla prostat arasında olan fistullərin olması çox ciddi digər yan və qonşu orqanların da şikayətlərinin yaranmasına səbəb olur. Bundan başqa Kron xəstələrində gecikmiş hallarda və ya istər həkim məsuliyyətsizliyindən, istər xəstə məsuliyyətsizliyindən yaranan bağırsaqların tam sağalmaması və ya bu xoraların restitivləşməsi,təkrarlanması fonunda yaranan bağırsaqlarda deformasiyanın obstruksionun xanıqların olmasıdır ki, bu zaman hətta bağırsaq keçməməzliyinə səbəb olur və sonunda cərrahi əməliyyata məruz qalırlar. Kron xəstələrində cərrahi əməliyyat çox çətin və ağır formada keçir, çünki bağırsaqların iltihablaşması fonunda yara sağalmaları yara bitişməsində çox ciddi problemlər yaranır. Bundan başqa Kron xəstələrində bu xoralardan ciddi qanaxmaların olması, həyat keyfiyyətinin aşağı düşməsi, diyar xəstəliklərinin yaranmasına başlanğıc, xərçəngə meyllilik və bu xoranın perforasiya dəlini bağırsağın qarın boşluğuna tökülməsi peritonitə gətirib çıxardır ki, ölüm kimi çox ciddi fəsadla qarşımıza çıxır.