Mədə xorası, əlamətləri və səbəbləri

Mədə xorası nədir və əlamətləri nələrdir?
Mədə bir neçə qatlardan ibarətdir: selikli qişa, selikaltı qişa, əzələ qişası, serozaltı qişa və seroz qişalardan ibarət olaraq beş hissəyə bölünür və mədə xorasında selikli qişadan əlavə seialtı və əzələ qişasına qədər sirayət edən mədənin iltihablaşmasıdır. Mədə xorasında selikli qişadan başqa selikaltı və əzələ qişasının zədələnməsi, korroziya erroziyaya uğraması fonunda yaranır. Bir çox səbəbləri vardır. Bu səbəblərə aid olaraq mədənin selikli qişasında perporsiya və qastrit əmələ gəlir. Qastrit uzun müddət davam etdikdən sonra mədədə eroziyalar daha dərinləşdikdən sonra xoralara gətirib çıxarır. Mədə xorasının əlamətləri ilkin olaraq xəstələrdə ilk başda başladıqda köp, qıcqırma, yanma, göynəmə şikayətləri ilə başlayır. Xəstələr tez tez epiqastral layihə dediyimiz göbək üstü sərhəddə hissədə ağrıların olması, ağırlığın olması və toxluq hissinin yanma hissinin olması ilə başlayır və uzunmüddətli hissiyyatlar davam etdikdən sonra xora daha da dərinləşdikdən sonra daha ciddi şikayətlərə gətirib çıxardır ki, bunlardan epiqastral layihədən, kürəyə arxa hissəyə eyni istiqamətdə sirayət eləyən ağrıların olması, döş sümüyü Arxasında yanma göynəmənin olması daha dərin xoralarda qanaxma olduqda isə anemiya bağlı qanazlığına bağlı xəstələrdə ciddi halsızlığın olması, bulantı qusmaların olması laborator analizlərdə gizli qanın olması və ya nəcisin rənginin qara və ya qəhvə rəngində boyanması ilə özünü göstərir.
Mədə xorası hansı səbəblərdən yaranır?
Mədə xorasının yaranma səbəbləri müxtəlifdir və bu səbəblərə yönəlik də müalicələrində fərqlər yaranır. Mədə xorasının daha çox yaranma səbəblərindən biri qida rejiminin və pəhrizin ciddi pozulmasıdır. Xəstələrdə daha çox ilkin olaraq spirtli içkidən və siqaretdən daha çox tütün məmulatlarından daha çox istifadə olunması və çox acı, istiotlu turş, duzlu, çox şirin, şokolad, şəkərbura, paxlava kimi çox şirin qidaların istifadə olunması və rejimsiz qidalanmanın olması gündə bir dəfə və ya iki dəfə və ya gündə bir dəfə İki dəfə olmasından daha çox qidalanmanın yeməyin qidanın daha çox qəbul olunması bu kimi yanmalar rejimin pozulması. Bundan başqa ikincili olaraq xəstələrdə ağrıkəsicilərdən qansulandırıcılardan daha çox istifadə olunması, hansı ki, biz bunları daha çox dializ xəstələrində görə bilirik və ya kardioloji ürək xəstələrində uzunmüddətli dərman istifadəsində görə bilirik. Revmatoloji xəstələrdə nonsteroid dediyimiz dərman qruplarından daha geniş istifadə olunması ilə mədə xoraları görə bilirik. Bunlardan başqa üçüncü sırada xəstələrimizdə mədə xorasının ən əsas səbəblərindən biri helikobakteri pilori dediyimiz mədə mikrobuna bağlı yaranan xoralardır ki, bunlar çox ciddi mədə xoraları və xoralarla bağlı ciddi fəsadlar yarada bilər. Xəstələrimizdə dördüncü olaraq daha sıx gördüyümüz stresə bağlı yaranan mədə və bununla bərabər daha çox zaman onikibarmaq bağırsaq xoralarının olmasıdır. Bunlara stres xoraları deyirik. Stresə bağlı yaranan xoralar digər qrupda daha çox genetik olaraq və ya hər hansı bir konserogen səbəblərdən yaranan mədə xərçənginin olmasıdır ki, mədə xorası şəklində qida borusunun keçəcək hissəsində altı sfinkterdə yaranan kardial xoraların olması şəklində özünü göstərə bilir. Bu xəstələrimizdən daha çox bizim rastlaşdığımız birinin təkbaşına bu səbəblərin olması və bir çox xəstələrdə iki, üç, dört , hətta beş səbəbin bərabərlikdə olması ilə yaranan mix qrup dediyimiz, qarışıq qrupdan olan xoralara rast gələ bilirik. Mədə xorasında, digər səbəblərdən isə kron xəstəliyində xəstəliyinə bağlı olaraq qida borusunda, mədədə, onikibarmaq bağırsaqda və yoğun bağırsaqda olan xoralara rast gəlinir və bundan başqa genetik gedən bir çox xəstəliklər vardır ki, çox az rast gəlinsə də Zolinger Ellison sindromu və bir çox xəstəlikləri meneter xəstəliyi dediyimiz xəstəlik və bir çox xəstəlikləri görə bilir.