Mədə xorasının müalicəsi və fəsadları

Mədə xorası necə müalicə olunur?
Mədə xorasının müalicəsi səbəbə yönəlik ilkin olaraq olmalıdır. Yəni bu səbəblər əgər alimentar səbəblərdirsə, yəni qidalanmanın pozulması və qidalanma rejiminin pozulmasıdırsa xəstələrin vaxtı vaxtında düzgün qidalanması vacibdir. Yəni xəstələr az-az qidalanacaq, tez-tez qidalanacaqlar və qida rasionunda daha çox acı, istiotlu, turş, duzlu, çox şirin qidaları çıxardacaqlar, spirtli içkilər və tütün məmulatlarından uzaq duracaqlar və xəstələrdə daha çox həzmi rahat olan qidalara üstünlük verəcəklər. Daha çox ikinci faktor da xəstələrin məcburən və ya bəzən özbaşına istifadə etdikləri profilaktiki ağrıkəsicilər qan sulandırıcılar olur, hansı ki, bəzən 50 yaşın üzərində bəzi insanlar hesab edir ki, aspirin onlara profilaktiki olaraq çox yaxşı kömək edər, qansulandırıcı olaraq. Ancaq bunlara həkimin icazəsi olmadan nəzarəti olmadan istifadə etmələri tamamilə yanlışdır və həkim nəzarətində əgər bu dərmanlar istifadə olunursa, qastrenteroloqun mədə həkiminin və ya kardioloqun nəzarətində mədə qoruyucu dərmanlardan istifadə etməlidirlər. Və ya bu xəstələrdə hansı ki, kardioloji xəstələrdir, dializ xəstələridir və steroid qəbul edəcəyi hormon qəbul edəcəyi məcburiyyət altında olan xəstə qruplarıdır ki, onlarda ilkin olaraq mədə şikayətləri sorğulanmalıdır. Əgər xəstələrdə çox ciddi mədə şikayətləri varsa, vaxtında kastrentroloqa müraciət olunmalı, konsultasiya olunmalı və yanaşı mədə müalicəsi verilməlidir. Mədədə hər hansı bir problem aşkarlanmadıqda, bunlarda profilaktiki olaraq mədə müalicələri verilməlidir. Digər səbəblərdən helikobakteri pilori dediyimiz çox ciddi və bu günümüz üçün ən təhlükəli bakteriyalardan olan helikobakteri pilori ilə bağlı yaranan xoralardırsa helikobakteri pilori eradikasyonu təmizlənməsi müalicəsi şərtdir. Bu da helikobakteri pileri çox uzun zaman bundan öncə kəşf olunmasına baxmayaraq, günümüz üçün də hələ tamamilə 100 faizli bir müalicəsi olmayan bakteriya olduğuna görə helikobakter müalicəsindən tamamilə çəkilməsindən əmin olunmalıdır ki, mədə xorası tamamən çəkilsin, yoxsa irəlidə ciddi mədə problemlərinə xora ağırlaşmalarına gətirib çıxarda bilər. Bundan başqa xəstələrdə hansı ki, genetik keçidli, bəzən mədə xoralarına gedən bir çox xəstəliklər var ki, autoimmun xəstəliklər var ki, bu xəstəliklərin diaqnozu vaxtında və düzgün qoyulmalıdır ki, xəstələr bir iki, üç aylıq müalicələrlə müalicəsi yekunlaşmır, uzunmüddətli müalicə almaq məcburiyyətində qalırlar və bunlarla xəstəliyin bir və ya iki faktor bərabərlikdə gedirsə, hamısı ciddi nəzərə alınmalıdır. Stres xoralarında mədə müalicəsi ilə yanaşı, sinir, psixoloji yanaşı gedən xəstəliklər də tam müalicə olunmalıdır.
Mədə xorası müalicə olunmazsa nələrə səbəb ola bilər?
Mədə şikayətləri ilə gələn xəstələrimizə ilkin olaraq qastroskopiya endoskopiya dediyimiz bir müayinədən keçirdirik. Bu incə bir endoskopla uc hissəsində bir görüntünü ala biləcəyimiz və işıq verilə biləcək bir optik cihazdan ibarət olan bir elastik borudur. Bununla mədə yoxlandıqdan sonra mədə xorası diaqnozu qoyulur və bu xəstələrdə diaqnoz qoyulduqdan sonra ciddi müalicə və nəzarətə alınmalıdır. Bəzən istər həkim səhlənkarlığından, istər xəstə səhlənkarlığından yaranan problemlər olur ki, bu xoralar vaxtında tam müalicə olunmur. Bəzi xəstəliklərdə isə xəstə həkimə müraciət etdikdə artıq çox gecikmiş halda olur. Bu zaman xəstələrdə ciddi fəsadlar yaranır ki, bu fəsadların da daha çox başa gələni, mədə qanaxmalarının olması, mədə perforasiyası dediyimiz mədə deşilmələrinin olması və mədə obstruksionlarının, tıxanmalarının olmasıdır ki, mədə qanaxmaları olduqda daha çox mədə qanaxmasına bağlı olaraq xəstələrin itirilmə təhlükəsi yaranır. Yəni xəstələr çox qan itirir. Bəzən mədə xorasının qanaxmanı saxladığımızda belə bunu endoskop vasitəsilə edirik. Qastroskopiya endoskop vasitəsilə mədədə hər hansı bir damar partlaması arterial və ya vena damarlarının partlamasıdırsa, o damarlar bağlanılır və ya xoraların ətrafına xüsusi dərmanlar yeridilərək. Skeloterapiya əməliyyatı dediyimiz bunlarla bu qanaxmalar dayandırılır. Bu kimi qanaxmalar dayandırıldıqdan sonra hətta bəzən çox qan itirməyə bağlı olaraq xəstəni geriyə qaytarmaq, həyata qaytarmaq çətin olur. Xəstələrdə mədə dəlinməsi perforasiyadan başqa qida borusunun mədəyə keçəcək hissəsi və ya mədənin onikibarmaq bağırsağa keçəcək hissəsində obstruksionların darlıqların yaranmasıdır ki, bu zaman xəstələrdə müalicə verməyimizə baxmayaraq bu darlıqlar geriyə çəkilmir, çünki artıq burada bir anatomik pozulmalar əmələ gəlir. Anatomik deformasiyalar dəyişikliklər yaranır. Xəstələrdə xora sağalsa da bu deformasiyaya bağlı olaraq obstruksion yaranır. Biz bunu daha çox mədəyə balon dilatasiyası dediyimiz həmin o darlıqların genişləndirilməsi metodundan və ya stend, metal və ya plastik stentlərin təyin edilməsi kimi metodlardan istifadə edirik. Əgər bunlara cavab vermirsə, xəstələr açıq cərrahi əməliyyata məruz qalırlar. Bunun üçün xəstələrdə, əgər mədə xoraları varsa, öncədən bilinən ciddi mədə xoraları varsa, vaxtında və düzgün müalicənin aparılması məsləhətdir.