Bloq səhifəsinə qayıt

Qaraciyər sirrozunun digər orqanlara təsirləri nələrdir?

Qaraciyər sirrozunun digər orqanlara təsirləri nələrdir?

Qaraciyər sirrozunun digər orqanlara təsirləri nələrdir?

Qaraciyər sirrozu olmuş şəxslərdə qaraciyər serrozu anidən yaranmaz. Bu uzun bir müddətli vaxtın nəticəsi olaraq üzə çıxar. Uzun bir müddət üç il, beş il 10 il, bəzən 15 il xroniki qaraciyər xəstəliyi olan şəxslərdə getdikcə qaraciyər yıpranar, tamamilə məhv olar və ondan sonra qaraciyər sirrozu artıq formalaşmış oturuşmuş olur Və bu müddət ərzində xəstələrin tək qaraciyəri deyil, digər orqanlar da artıq sıradan çıxmağa başlayır. Müəyyən qədər yavaş-yavaş, yavaş-yavaş öz funksiyalarını itirməyə başlayırlar və artıq oturuşmuş bir qaraciyər olduqda kompensə sirrozdan dekompansiyaya keçmiş qaraciyər sirrozunda qaraciyər çatışmamazlığı ilə bərabər digər orqanlarda da öz fəaliyyətinin zəifləməsini görür. Bunlardan ən çox narahat olduğumuz bir qaraciyər həkimi olaraq hər zaman qaraciyərdən əlavə böyrəkdən çox narahat olarıq. Hansı ki, bu xəstələrdə uzunmüddətli davam edən qaraciyər çatışmazlığı nəticəsində qaraciyərdə yaranan, hansı ki bəzi fermentlər var, hansı ki, bəzi zülallar var. Onların çatışmamazlığı nəticəsində böyrək də artıq işləməməyə başlayır və getdikcə qaraciyərdən başqa xəstənin böyrəyini itirər və xəstə hepatorenal girər və bu zaman xəstədə qaraciyər və böyrək çatışmazlığı yaranır. Qaraciyərə bağlı olaraq böyrək çatışmazlığı yaranır və bu zaman xəstənin bir həftə içərisində toparlanması şərt olur. Xəstənin bir həftə içərisində toparlaya bilməzsək, xəstənin ya itirilməsinə və ya təcili qaraciyər dəyişməsilə nəticələnir. Bundan başqa böyrəkdən başqa xəstənin ağciyərlərində ciddi sıxıntılar yaranır. Qarında toplanan mayenin çox miqdarda olması və ağciyərlərdə toplanılması, ağciyərin işini, ürəyin işini çətinləşdirər və uzun müddətli davam edən bu prosesdə xəstə hepata pulmonal sindroma girər, yəni qaraciyər çatışmamazlığı ilə bərabər ağciyər yaranır və bu zaman bir neçə gün ərzində xəstənin itirilmə təhlükəsi yaranır və bundan başqa qaraciyərlə bərabər hepatik ensofalopatiya dediyimiz qaraciyərdən asılı olaraq beyin funksiyalarının itirilməsi özünü göstərir. Xəstə ilkin olaraq az az beyin çatışmamazlığı, ensofalopatiya, huşun itməsi, tamamilə xəstənin komaya düşməsi hallarına gəlir. İlkin olaraq az az hallarda və bu proseslər dərinləşdikcə bağırsağın müəyyən funksiyalarında pozulmalar olduqca qəbizlik olduqca hər hansı adi bir qripal infeksiondan belə hər hansı kiçik bir infeksion xəstəliklərdən belə xəstədə beyin tutulmaları, hepatik ensofalopatiyalar olur və bunlar davamlı olarsa, xəstənin qaraciyərlə bərabər beyin çatışmazlığından əziyyət çəkməsi və xəstənin itirilməsinə gətirib çıxarır və bu zaman da təcili qaraciyər transplantasiyası, qaraciyər dəyişməyə ehtiyac duyulur. Qaraciyər xəstələrində böyrək, beyin, ağciyərdən başqa ciddi ürək çatışmazlıqlar da yaranır və qaraciyər çatışmazlığının ən önəmli problemlərindən olan dekompansiya. Qaraciyər xəstələrində itirilmiş qaraciyər funksiyasını müalicələrlə. müəyyən halda ayaqda tutmaq olur. Ancaq onun yanına ikinci bir orqan qoşulduqda artıq multiorqan çatışmazlığına gedir. Xəstə və bu zaman ikincili orqandan başqa, üçüncü orqan dördüncü orqan prosesə qoşulduqda xəstənin itirilmə təhlükəsi yaranır. Ciddi qaraciyər çatışmazlığına girən xəstələrdə böyrək funksiyasını itirdikdən sonra digər orqanlarda ağciyər, beyin, ürək fəaliyyətlərinin itirilməsi ilə getdikdə prosesə qoşulması ilə getdikdə, bu zaman artıq xəstənin itirilmə təhlükəsi yaranır və qaraciyər transplantasiyası prosesini qaraciyər dəyişilməsi prosesini artıq tezləşdirmək və sürətli tezləşdirmək məcburiyyətində qalırıq. Qaraciyər xəstələrində çox önəmli sirroz xəstələrində çox önəmli olan nüans qaraciyərin ciddi zədələndiyini. Gördüyümüz vaxtlarda üzərinə ciddi düşünülməsidir ki, digər orqanlar da bu prosesə qoşulmasın.