Qastroezofageal Reflüks

Qastroezofageal reflyüks nədir?
Qastroezofageal reflyüks mədədə yaranan turşuluğun qida borusuna geri qayıtmasıdır və bunun uzunmüddətli davam etməsi qida borusunda hər hansı patologiyaların yaratması isə qastroezofageal reflyuks xəstəliyi olaraq adlanır. Qastroezofageal reflüks xəstəliyi fizioloji və patoloji olaraq iki bölümdə incələnir. Fizioloji dediyimiz qastroezofageal reflüks səthi yuxu fazasında görülən bir reflüksdür və bu günlük 15-20 dəfə gündə təkrarlana bilər. Patoloji qastroezofageal reflüks xəstəliyi dediyimiz dərin yuxu fazasında və günün hər hansı bir hissəsində görüləndir və qida borusunda ciddi patologiyalarla özünü göstərir.
Qastroezofageal reflyüks xəstəliyinin əlamətləri nələrdir?
Qastroezofageal reflyuks xəstəliyinin əlamətləri xəstəliyin yeni başlanması və ya uzunmüddətli olması və ya çox şiddətli olması ilə fərqli klinikalarla şikayətlərlə özünü göstərir. Qastroezofageal reflüks xəstələrində daha çox döş sümüyü arxasında yanma, göynəmə hissinin olması, ağıza acı, turş dadın gəlməsi, tez-tez ürəkbulanmaların olması, ağızdan qoxu hissinin gəlməsi, holitozis dediyimiz döş sümüyü arxasında tikə qalma hissinin yaranması, qida borusu və mədə istiqamətində döş sümüyü arxasında belə onurğaya verən yalançı onurğa ağrılarının olması, yalançı ürək ağrılarının olması kimi əlamətlərlə özünü göstərər.
Qastroezofageal reflyuks xəstəliyin bir çox yaranma səbəbləri vardır. Mədə turşuluğunun artması və qida borusuna bu turşuluğun reflüks olunması patoloji qastroezofageal reflyuks xəstəliyinin yaranmasıdır. Digər səbəblərdən stres faktoru önəmlidir. Qastroezofageal reflüks xəstəliklərində stressə bağlı mədə turşuluğunun artması, bunun qida borusuna reflüks olunması və sinir stress fonunda qida borusunun alt sfinkterunda yaranan tonusun azalması və getdikcə qida borusu sfinkterinin tonusdan düşərək çatışmamazlığının olmasıdır. Qastroezofageal reflüks xəstəliyində şişmanlığın olması ciddi bir faktordur və reflüksun irəliləməsinə səbəb olur. Qastroezofageal reflüks xəstələrində pəhrizin ciddi pozulması çox acı stotlu turş, duzlu, çox şirin, çox soyuq, çox isti, qıcıqlandırıcı qidaların həddindən çox qəbul olunması qida rejiminə bağlı olaraq qastroezofageal reflüks xəstəliyinin yaranmasına səbəb olur. Qastroezofageal reflükks xəstəliyində, ağrikəsicilərin və qan sulandırıcıların geniş istifadə olunması da ən əsas səbəblərdən biridir.
Qastroezofageal reflyüks xəstəliyinin diaqnozu necə qoyulur?
Qastroezofageal reflyüks xəstələrinin diaqnozunda qızıl standart əsas olaraq 24 saatlıq mədə turşuluğunun monitorizasiya olunması və sfinkter çatışmazlığının yoxlanılmasıdır. Bundan başqa qastroezofageal reflükks xəstələrində günümüz üçün daha praktik olan və maddi yöndən daha rahat olan endoskopiya vasitəsilə qastroezofageal reflüks diaqnozu qoyulur. Bu zaman qida borusunun mədəyə keçici hissəsində sfinkter çatışmamazlığının olub olmaması qida borusunun mədəyə keçən hissəsində reflüksə bağlı qida borusunda yaranan səpkilərin ezofagitin olub olmaması önəmlidir. Diaqnostik üsullardan daha çox müalicədən diaqnoza gedirik ki, hansı ki, xəstənin şikayətlərinə əsasən kliniki şikayətlərinin dəqiq incələnməsi anamlezin alınması və bir aylıq 3-4 həftəlik mədə dərmanlarının verilməsi və şikayətlərin düzəlib düzəlməməsinə baxılması ilə müalicədən diaqnoza gedişat olur.