Endoskopiya

Endoskopiya nədir ?

Endoskopiya incə videoendoskopiya dediyimiz uzun və bükülə bilən, rezin boru şəklində bir alətlə qida borusu, mədə və 12 barmaq bağırsağın incələnməsi prosedurasıdır.

 

Endoskopiya nə vaxt icra edilir ?

 

• Udqunma çətinliyi (disfagiya) olanlar
• Təkrarlayıcı mədədə qıcqırma və yanma hissi olanlar
• Yemekdən sonra və ya ac qarına mədədə sancı və ağrı hissi olduqda
• Ağız qoxusu (halitozis)
• İştahsızlıq(anoreksiya)
• Ailədə qida borusu, mədə və 12 b.b polipi və mədə xərçəngi olan xəstələr
• Qida borusu, mədə və 12 b.b əməliyyatı sonrası
• Mədə xərçəngi şübhəsi olan xəstələr
• 40 yaşın üstü hər hansı bir şikayəti olmasa belə profilaktik olaraq
• Səbəbi məlum olmayan qarın ağrısında
• Bulantı, kusmalarda
• Üst Qatrointestinal qanamalar zamanı
• Yad cism udma zamanı
• Həzmsizlik və bağırsağın düzgün işləmədiyi zamanlarda
• Xroniki qəbizlik
• Xroniki ishal
• Səbəbi məlum omayan ishallar zamanı
• Anemiya
• Tualet vaxtı nəcisin kofe rəngli qarışıq olması (melena)
• Daha öncədən diaqnozu təyin edilmiş üst QİS xəstəliklərinin müalicəsi sonrası kontrol
• Rentgen və ya KT da şübhəli patologiyaların aşkarlanması zamanı
• Kron xəstələri
• Qaraciyər sirrozu xəstələri qida borusu varisləri və mədə varisləri yönündən

Endoskopiya necə icra edilir ?

 

8-10 mm qalınlığında olan son dərəcə yumşaq bir boru çəklində olan endoskopiya ilə yemek borusundan keçilərək mədə və 12 b.b görülərək incələnir. Ucunda xüsusi kamera vasitəsi ilə görülən görüntülər şəkil və video halında qeydə alınır. Lazım olduğu halda mədədə görülən patologiyalar zamanı (polip, kütlə, xora, atrofik qastrit, Helikobakteri pylori yoxlanılması üçün) biyopsiyalar alınır. 3-5 deqiqəlik bir proseduradır. Bunun üçün 8 saatlıq aclıq tələb olunur.
Xəstənin endoskopiya prosedurası zamanı
• ağızdan lokal keyləşdirici bir püskürdücü maddə (lidokain) ilə keyləşdirilməsi ilə aparıla bilər. Bu endoskopiya zamanı qida borusu girəcəyində ağrı və bulantı hissini önlənir
• vena daxili bir neçə dəqiqəlik qoldan verilən yatızdırmaq (sedasiya) üçün xüsusi dərman verilirki xəstə tamamən hər hansı bir şey hiss etmir.