Qastroenterologiya

Qastoenterologiya qida borusu, mədə, incə bağırsaq, yoğun bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzidən bəhs edən tibbin bir bölməsidir. Qastroenterologiya elmi adı altında adları çəkilən orqanların patologiyası, diaqnostika, endoskopiya və müalicəsi ilə məşquldur. Müasir qastroenterologiyada endoskopiya və invaziv endoskopiya, endoskopik müalicə metodları artıq geniş istifadə olunur.

 

 

 

 

 

 

 

Qastroenterologiya elmini qısaca 5 şöbəyə ayıra bilərik :

  • Qastroenterologiya: Qida borusu, mədə, bağırsaq xəstəlikləri
  • Hepatologiya: qaraciyər və öd kisəsi, öd yolları xəstəlikləri (hepatolbiliyar sistem xəstəlikləri)
  • Pankreatologiya: mədəaltı vəzi xəstəlikləri
  • Endoskopiya: qida borusu, mədə, bağırsaq müayinəsi, diaqnostikası. Bura aiddir : endoskopiya, kolonoskopiya, ERXP (Endoskopik Retroqrad Xolongiyo Paktreatoqrafiya), EUS (endoskopik ultra sonoqrafiya)
  • İnvaziv Endoskopiya : Enddoskpiya vasitəsi ilə qida borusu, mədə, bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi və yolları üçün olan əməliyyatlar.

 

Qastroenterologiya elmi ilə məşğul olan tibb mütəxəsislərinə Qatroenteroloq deyilir. Bir Qastroenteroloq mütəxəsis qastroenterologiya elminə aid olan bütün şöbələri tamamən bilir.

Qaraciyərin fəaliyyətlərindən biri öd sintez etməkdir. Öd kisəsində toplanan, yağlarən həzmini asanlaşdıran öd mayesi (öd) buradan bir kanalla (xoledox) bağırsağa tökülür. Qaraciyərin öd sintezindən başqa 500-dən çox funksiyası var.

Qaraciyər xəstəlikləri ilə məşğul olan mütəxəsislik sahəsi Hepatologiya adlandırılmışdır. Latıncadan “hepato” qaraciyər, “loji” elm mənasını ifadə edir. Hepatologiya qaraciyər xəstəliklərini birləşdirir. Hepatoloq Qastroenterologiya mütəxəsislik sahəsinin bir hissəsi olan Hepatologiya ilə məşğul olan həkimdir. Hepatologiya aşağıdakı qaraciyər xəstəliklərini əhatə edər və Hepatoloq aşağıdakı xəstəliklərin müayinə və diaqnostikası, müalicəsi, təqibi yönündən gərəkli bir mütəxəsisdir.

Əgər siz özününzdə bu kimi simptomları müşahidə etmisinizsə, vaxt itirmədən hepatoloqa müraciət edin. Müalicəsiz buraxılmış bu xəstəliklər çox ağır fəsadlar verə bilər.