Hepatologiya
Günümüzdə tibb elmi bir çox mütəxəsislik sahəsinə bölünür. Ən geniş sahələrdən biridə Qastroenterologiya bölümüdür. Qastroenterologiyanın bir sahəsi olan Hepatologiya sahəsi Qaraciyər və öd kisəsi, öd yolları xəstəlikləri ilə əlaqədardır. Həzm sistemi ağızdan başlıyaraq qida borusu, mədə, bağırsaq və bağırsağın son şöbəsi olan anus (düz bağırsaq) lasonlanır. Qaraciyər və mədəaltı vəzi (pankreas) kənardan bu sistemə qoşulur, həzm sisteminə bir çox fərqli enzimlər ifraz edirlər. Qaraciyər eyni zamanda orqanizmin ən böyük vəzili orqanıdır. Qaraciyər orqanizmdə ən yüksək regenerasiya (özünü bərpa) qabiliyyəti olan orqandır.
Qaraciyərin fəaliyyətlərindən biri öd sintez etməkdir. Öd kisəsində toplanan, yağlarən həzmini asanlaşdıran öd mayesi (öd) buradan bir kanalla (xoledox) bağırsağa tökülür. Qaraciyərin öd sintezindən başqa 500-dən çox funksiyası var.
Qaraciyər xəstəlikləri ilə məşğul olan mütəxəsislik sahəsi Hepatologiya adlandırılmışdır. Latıncadan “hepato” qaraciyər, “loji” elm mənasını ifadə edir. Hepatologiya qaraciyər xəstəliklərini birləşdirir. Hepatoloq Qastroenterologiya mütəxəsislik sahəsinin bir hissəsi olan Hepatologiya ilə məşğul olan həkimdir. Hepatologiya aşağıdakı qaraciyər xəstəliklərini əhatə edər və Hepatoloq aşağıdakı xəstəliklərin müayinə və diaqnostikası, müalicəsi, təqibi yönündən gərəkli bir mütəxəsisdir.
HEPATİT A
HEPATİT D
HEPATİT E
Alkol Qaraciyəri (Alkolik Hepatit)
Alkola bağlı olmayan yağlı qaraciyər (non Alkolik hepatit)
Qaraciyər Yağlanması (Hepatosteatoz)
Toksik Hepatit
Alfa 1 antitripsin əskikliyi
Herediter Tirozinemiya
Qalaktozemiya
Kistik Fibrozis
Glikogen depo xəstəliyi
Primer Biliyar Sirroz (Birincili Biliyar Xolanjit)
Primer Sklerozan Kolanjit
Hemokromatozis
Portal Vena Trombozu
Budd Chiari Sindromu
Venookulziv xəstəlik
İşemik hepatit
Qaraciyərin Qranilamatoz xəstəlikləri
Schistosoma
Kriptogenik Hepatit (Səbəbi məlum olmayan Qaraciyər xəstəliyi)
Öd kisəsi xəstəlikləri
Öd yolları xəstəlikləri
Qaraciyər Xərçəngi
Qaraciyər Transplantı sonrası təqib
Əgər siz özününzdə bu kimi simptomları müşahidə etmisinizsə, vaxt itirmədən hepatoloqa müraciət edin. Müalicəsiz buraxılmış bu xəstəliklər çox ağır fəsadlar verə bilər.