Hepatologiya

Günümüzdə tibb elmi bir çox mütəxəsislik sahəsinə bölünür. Ən geniş sahələrdən biridə Qastroenterologiya bölümüdür. Qastroenterologiyanın bir sahəsi olan Hepatologiya sahəsi Qaraciyər və öd kisəsi, öd yolları xəstəlikləri ilə əlaqədardır. Həzm sistemi ağızdan başlıyaraq qida borusu, mədə, bağırsaq və bağırsağın son şöbəsi olan anus (düz bağırsaq) lasonlanır.  Qaraciyər və mədəaltı vəzi (pankreas) kənardan bu sistemə qoşulur, həzm sisteminə bir çox fərqli enzimlər ifraz edirlər. Qaraciyər eyni zamanda orqanizmin ən böyük vəzili orqanıdır.  Qaraciyər orqanizmdə ən yüksək regenerasiya (özünü bərpa) qabiliyyəti olan orqandır.

Qaraciyərin fəaliyyətlərindən biri öd sintez etməkdir. Öd kisəsində toplanan, yağlarən həzmini asanlaşdıran öd mayesi (öd) buradan bir kanalla (xoledox) bağırsağa tökülür. Qaraciyərin öd sintezindən başqa 500-dən çox funksiyası var.

Qaraciyər xəstəlikləri ilə məşğul olan mütəxəsislik sahəsi Hepatologiya adlandırılmışdır. Latıncadan “hepato” qaraciyər, “loji” elm mənasını ifadə edir. Hepatologiya qaraciyər xəstəliklərini birləşdirir. Hepatoloq Qastroenterologiya mütəxəsislik sahəsinin bir hissəsi olan Hepatologiya ilə məşğul olan həkimdir. Hepatologiya aşağıdakı qaraciyər xəstəliklərini əhatə edər və Hepatoloq aşağıdakı xəstəliklərin müayinə və diaqnostikası, müalicəsi, təqibi yönündən gərəkli bir mütəxəsisdir.

 

HEPATİT A

HEPATİT B

HEPATİT C

HEPATİT D

HEPATİT E

Alkol Qaraciyəri (Alkolik Hepatit)

Alkola bağlı olmayan yağlı qaraciyər (non Alkolik hepatit)

Qaraciyər Yağlanması (Hepatosteatoz)

Toksik Hepatit

Alfa 1 antitripsin əskikliyi

Herediter Tirozinemiya

Qalaktozemiya

Kistik Fibrozis

Glikogen depo xəstəliyi

Primer Biliyar Sirroz (Birincili Biliyar Xolanjit)

Primer Sklerozan Kolanjit

Wilson xəstəliyi

Hemokromatozis

Autoimmun Hepatitlər

Portal Vena Trombozu

Budd Chiari Sindromu

Venookulziv xəstəlik

İşemik hepatit

Qaraciyərin Qranilamatoz xəstəlikləri

Schistosoma

Kriptogenik Hepatit (Səbəbi məlum olmayan Qaraciyər xəstəliyi)

QARACİYƏR SİRROZU

Öd kisəsi xəstəlikləri

Öd yolları xəstəlikləri

Qaraciyər Xərçəngi

Qaraciyər Transplantı sonrası təqib

Əgər siz özününzdə bu kimi simptomları müşahidə etmisinizsə, vaxt itirmədən hepatoloqa müraciət edin. Müalicəsiz buraxılmış bu xəstəliklər çox ağır fəsadlar verə bilər.