Endoskopiya

Endoskopiya ucluğunda videogörüşü olan kameradan ibarət, rezin borudan hərəkət eləyə bilən, elastik rezin borudan ibarət bir alətdir. Endoskopiya vasitəsilə qida borusu, mədə, onikibarmaq bağırsaq proksimal regium dəyərləndirilə bilər. Ümumilikdə daha çox qida borusu, mədə və onikibarmaq bağırsağın dəyərləndirilməsi üçün istifadə olunur. Endoskopiyada ən əsas diaqnostik məqsədlərdən istifadə olunur. yəni qida borusu, mədə, onikibarmaq bağırsaq xəstəliklərinin diaqnozunun qoyulmasında və endoskopiyanın inkişafına əlaqədar olaraq qida borusu, mədə, onikibarmaq bağırsağında bir çox əməliyyatların icra olunması üçün istifadə olunur.
Endoskopiya hansı hallarda icra edilir?
Endoskopiya ilkin olaraq qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərinin diaqnozunun təyin edilməsi üçün istifadə olunur. Hazırda endoskopiyanın daha ciddi inkişafı ilə bağlı olaraq qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəliklərində artıq əməliyyat üçün də daha geniş istifadə olunur. Endoskop vasitəsilə çoxsaylı əməliyyatlar icra etmək mümkündür. Ümumi diaqnoz vasitəsi üçün istifadə olunan endoskoplarda xəstələrdə ciddi həzmsizlik, iştahsızlıq, epiqastral nahiyədə ağrılar epiqastrumdan kürəyə verən ağrılarda daha geniş istifadə olunur. Epiqastrumdan kürəyə iradiasiya edən ağrılarda səbəbi məlum olmayan öskürəklərd,ə səbəbi məlum olmayan hərarət, səbəbi məlum olmayan qan azlığı və bir çox xəstələrdə xroniki davamlı olan ishal və qəbizliklərdə daha çox istifadə olunur. Bundan başqa endoskopiya vasitəsilə, hansı ki, rentgendə və ya tomoqrafiyada xəstələrdə qida borusu, mədə, onikibarmaq bağırsaqda xərçəng şübhəsi olan xəstələrdə mütləq göstərişdir. Endoskopiya vasitəsilə 45 yaşın üzərində olan bütün xəstələrdə və ya sağlam adamlarda hər hansı bir şikayəti olmayan adamlarda belə bir dəfə profilaktik olaraq bir çox xəstəliklərin ilkin vaxtından əvvəl təyin edilməsi üçün heç bir şikayəti olmasa da təyin olunur. Endoskopiya vasitəsilə hansı ki, məsələn xəstədə öncədən bilinən bir kron xəstəliyi var və ya ciddi bir kron xəstəliyi şübhəmiz var, o zaman qida borusu, mədə onikibarmaq bağırsaqda dəyərləndirilməlidir və bundan başqa öncədən qida borusu, mədə, onikibarmaq bağırsaqda əməliyyat keçirmiş xəstələrə profilaktik olaraq izləmədə endoskopiya icra olunur. Xəstələrdə hər hansı bir polip şübhəsi olduqda və ya polip çıxarılmış xəstələrin kontrol məqsədilə baxılmasında endoskopiyadan geniş istifadə olunur.
Endoskopiya prosedurunda xəstələrin 6-8 saatlıq bir aclıqla xəstəxanaya həkiminə müraciət etməsi vacibdir. Çünki mədənin tamamilə boşalması 6-8 saatlıq bir vaxt alır. Xəstələr xəstəxanaya müraciət etdikdən sonra xəstələr endoskopiya otağına alınır və prosedur iki formada aparıla bilər. Xəstənin boğazına qırtlaq nahiyəsinə lidokain dediyimiz bir anestetik maddə ilə keyləşdirmə yolu ilə aparıla bilər və ya xəstələrə qoldan verilən venadaxili sedasiya təsirli dərmanlarla 3-5 dəqiqəlik bir yatızdırma ilə də bu prosedur icra oluna bilir. Xəstələrdə istər sedasiya ilə xəstələrin yatızdırılması ilə və ya lokal qıtlaq nahiyyəsinin keyləşdirilməsi ilə aparılan prosedurda qida borusu, mədə, onikibarmaq bağırsaq dəyərləndirilir. Normal prosedur üç və bəzən beş dəqiqə ərzində aparıla bilir. Ümumilikdə üç dəqiqəlik normal diaqnostik endoskopiya aparılır. Endoskopiyada qida borusu mədə, onikibarmaq bağırsaq dəyərləndirilir. HElikobakteri pilori dediyimiz bakteriyanın rutin izlənilməsi, yoxlanılması olur və bütün prosedur video disklərə yazılır, xəstələrə təqdim olunur və qida borusu, mədə. Onikibarmaq bağırsaqda hər hansı ciddi bir patologiyamız varsa onların şəkili raportu təqdim edilir.