Bloq səhifəsinə qayıt

Qıcıqlanmış Bağırsaq Sindromu

Qıcıqlanmış Bağırsaq Sindromu

Qıcıqlanmış bağırsaq sindromu nədir?

Qıcıqlanmış bağırsaq sindromu hər hansı bir səbəbdən qida borusu mədə, onikibarmaq bağırsaq, incə bağırsaq və yoğun bağırsaqda gedən orqanların qıcıqlanması ilə yəni düzgün işləməməsi ilə özünü göstərən bir xəstəlikdir. Qıcıqlanmış bağırsaq sindromunda ən əsas faktor sinir stress məsələsinin istər bu nevrolojik yöndə olsun, istər psixiatrik yöndə olsun bağırsaqların ən əsas qıcıqlanmasıdır.ıcıqlanmış bağırsaq sindromu Bu faktorlardan başqa mədə və bağırsağımızda yaranan yanaşı gedən xəstəliklərin nəticəsində də ola bilər. Qıcıqlanmış bağırsaq sindromunda ən əsas xəstələrdə biz ciddi qəbizlik, günlərlə davam edən ciddi qəbizlik və ya bir gündə beş, on hətta onun üzərinə çıxan ciddi ishallarla və istər qəbizlik, istər ishalın əvəz eləməsindən özünü göstərən bağırsaq pozuntuları ilə görə bilirik və bundan başqa bəzən xəstələrdə olur ki, qəbizliklə Yanaşı ciddi bağırsaqlarda dominal olaraq göbəkaltı nahiyədə göbəküstü nahiyyədə ciddi spazm ağrılar və ishallarla gedən xəstələrdə də həmçinin ciddi ağrılarla özünü göstərə bilir. Burada əsas üç faktdır. Xəstələrdə qəbizlik və ya ishal və ya bağırsaqlarda spazmla ağrılarla özünü göstərən kliniki şikayətlər əsas götürülür.

Qıcıqlanmış bağırsaq sendromu diaqnozu necə təyin edilir?

Qıcıqlanmış bağırsaq sindromunda ən əsas olaraq sinir və psixoloji stres fonunda yaranan bağırsaqların qıcıqlanması, bağırsaqlarda yaranan dəyişikliklərdir. Qıcıqlanmış bağırsaq sindromunda bu faktorlardan başqa yarada biləcək digər xəstəliklərin inkar olunmasıdır. Məsələn, zoba bağlı xəstələrdə çox zaman qəbizlik və bəzən də ishal olur ki, tiroid hormonlarının artmasına bağlı bağırsaqların funksiyası pozulur. Biz öncəliklə xəstələrdə tireoidi tam inkar etməli və ya diabetli xəstələrdə ciddi ishal olur və ya qastrentritli xəstələr, digər bağırsağın, mədənin, genetik xəstəlikləri, mədə və bağırsağa aid bir çox xəstəliklər və ishal və qəbizlik qarın ağrısı yarada bilir ki, biz bu xəstəlikləri ilkin növbədə tam inkar etməliyik və bağırsağın kolonoskopiya ilə görünümündə bağırsaqların müayinəsi zamanı tam bağırsaqların normal olmasına əmin olmalıyıq. Qıcıqlanmış bağırsaq sindromu xəstələrində diaqnoz bir çox xəstəliklərin hansı ki, mədə bağırsaq pozğunluğu olan xəstələrin bütün xəstəliklərin inkar olunması, həqiqətən də bağırsağın normal olmasının əmin olunması və bu digər xəstəliklərin inkarından sonra təyin olunur. Qıcıqlanmış bağırsaq sindromunda xəstələrin nəcis analizi, qan analizi, bir çox xəstəliklərə aid olan, bir çox xəstəliklərin inkarı üçün lazım olan qan analizləri və kolonoskopiya olunması mütləqdir.

Qıcıqlanmış bağırsaq sindromunun müalicəsi varmı?

Qıcıqlanmış bağırsaq sindromunda daha çox xəstələri qəbizlik, bəzən ishal, bəzən isə göbəkaltı nahiyədə olan ağrılar narahat edir və bu zaman müalicəmizdə digər yanaşı gedən hər hansı bir xəstəliklər varsa bunların ilkin olaraq tam müalicə olunması şərtdir və bundan başqa bir qastrentroloqun mədə-bağırsaq pozğuntusuna aid olan şikayətlərin əlamətlərin düzəlməsi üçün müalicələrinin verilməsi uyğundur. Hansı ki, qəbizlikdirsə əgər xəstəni narahat edən, qəbizliyin müalicəsi ishaldırsa daha çox narahat edən ishalın müalicəsi və bununla simptomatik olaraq qarın ağrıları xəstəni narahat edirsə, bu qarın ağrılarının müalicəsi verilməlidir. Qıcıqlanmış bağırsaq sindromunda əsas sinir və daha çox da psixolojik sıxıntılar fonunda yaranan qıcıqlanmış bağırsaq sindromları olur ki, bunu nervopotoloq və psixiatrın köməyi ilə dəstəyi ilə paralel müalicənin aparılması daha uyğundur. Xəstəliyin yaranma səbəbi bir növ götürdüyümüzdə tam səbəbi məlum deyil. Ancaq bizə bu gün məlum olan daha çox sinir və psixiatrik problemlər olduğu üçün sinir psixatrik problemlər tam aradan qalxdıqda, qastrentroloqun nəzarətində mədə-bağırsaq müalicəsi ilə tamamilə müalicə oluna bilən bir xəstəlikdir. Qıcıqlanmış bağırsaq sindromu həyat keyfiyyətini aşağı salır, xəstələri öldürməz. Ancaq tam desək, xəstələrdə ciddi həyat keyfiyyəti problemi yaradır ki, xəstələr istər sosial həyatında olsun, istər iş həyatında olsun, ailə həyatında olsun ciddi psixoloji gərginlik yaranan xəstəliklərin olması ilə əlaqədar olaraqu müalicələrdən sonra qıcıqlanmış bağırsaq sindromu tam aradan qalxa bilər.