Bloq səhifəsinə qayıt

Ulserativ kolit xəstəliyinin müalicəsi

Ulserativ kolit xəstəliyinin müalicəsi

Ulserativ kolitin müalicəsi varmı?

Ulserativ kolit xəstəliyi iltihabı bir bağırsaq xəstəliyidir və orqanizmdə immun sistemə bağlı yaranan bağırsaqların iltihablaşması xoralaşmasıdır. Genetik faktor da bu da çox önəmlidir və bunlardan asılı olaraq ulserativ kolitin müalicəsində ciddi dəyişikliklər ulserativ kolit xəstələrimizin daha çox başa düşəcəyi tərzdə desək, diabetli xəstələr kimi bunların da müalicəsində ömür boyu müalicə tələb edən və bəzi yüngül gedişli ulserativ kolitlərdə isə bir neçə il müalicə tələb olunur. Ancaq ulserativ kolitlərdə daha çox xəstəliyin şiddətindən asılı olaraq, yəni xəstəliyin kliniki olaraq özünü büruzə verməsindən asılı olaraq koloskopiya ilə bağırsağa baxdıqda bağırsaqdakı xoraların uzunluğundan asılı olaraq müalicələrində də ciddi fərq olur. Bu müalicələrdə biz əsasən hormon dərmanlarından immun suprese dediyimiz immunitetimizi aşağı salacaq. Dərmanlardan çox ağır olduqda isə antif preparatlar dediyimiz xüsusi iynələrdən istifadə olunaraq müalicə olunurlar. Bəzi ulserativ kolitlər bir neçə ay müalicə olunduqda artıq dərin remissiyaya gedirlər. Xəstəliyin müalicəsində ən önəmli faktdır. İlk üç ayımızda bu xoraların tamamilə sağalmasına nail olmaqdır. Bu xoralar tamamilə sağaldıqdan sonra yenidən baş qaldırmaması üçün müalicənin ciddi surətdə aparılması vacibdir ki, xoralar yenidən təkrarlamaz. Əgər xoralar yenidən təkrarlayırsa, bu zaman biz xəstəyə ömür boyu müalicə vermək məcburiyyətində qalırq.

Ulserativ kolit xəstəliyi müalicə olunmasa, nələrə səbəb ola bilər?

Ulserativ kolit xəstəliyi müalicə olunmazsa, çox ciddi ağırlaşmış fəsadlarla özünü göstərir ki, bunlardan ən çox bağırsaq perforasiyası və ya perforasiyaya hələ gedib çatmamışa qədər isə xəstələrdə ciddi qanlı ishalların olması ilə bir çox problemlərlə özünü göstərir ki, bu problemlər daha çox ciddi qanazlığı, xəstələrdə ciddi maye itkisinə bağlı olaraq dehidratasiya və orqanizmdə ciddi vitamin çatışmazlıqları halları özünü göstərir və xəstələrin həyat keyfiyyətini aşağı salır, hansı ki, xəstələrdə tez tez ciddi qarın ağrılarının olması tez tez istər sosial olaraq istər xəstənin özünü fiziki olaraq tamamilə əldən salan xəstələri daha çox bitirən bu kliniki şikayətlər olur. Xəstələrdə uzunmüddətli müalicəsinə baxmayaraq bəzi hallarda 5-8 ildən uzun müddət davam edən şiddətli bir ulserativ kollitlər olursa, bun bağırsaq xərçəngi ilə nəticələnə bilirlər. Xəstələrdə perforasiya olduqda hətta cərrahi əməliyyata məruz qalırlar ki, bu cərrahi əməliyyatları da çox sıxıntılı olur. Çünki bağırsaq iltihablaşmış bağırsaqdır və bu zaman cərrahi əməliyyat sonrası isə bu bağırsaqların yenidən yerinə birləşməsi anastomos xətlərinin tutması və bağırsağın sağalma çətinlikləri yaranır. Bunun üçün xəstələrdə müalicəsinin diaqnozunun vaxtında qoyulması və müalicəsinin düzgün aparılması istər həkim, istər xəstə səhlənkarlığının olmaması çox önəmlidir. Xəstələrin diaqnozu tez vaxtında aşkarlanıb. Qoyularsa və müalicəsi nə qədər düzgün aparılarsa, xəstələrdə dərin və tez bir zamanda remissiya əldə etmiş olur və bu remissiya nə qədər dərin olarsa, xəstələr tez bir zamanda da bir neçə ildə müalicələrini sonlandırırıq bitiririk bütün dərman preparatlarını kəsib sadəcə xəstələr bir müddətdən sonra xəstəlik bəzən olur ki, təkrarlaya da bilər və ya uzun bir illər və ya ömrünün axırına qədər xəstəliyi təkrarlamamış da ola bilər.