Bloq səhifəsinə qayıt

Ulserativ kolit və əlamətləri

Ulserativ kolit və əlamətləri

Ulserativ kolit nədir?

Ulserativ kolit xəstəliyi iltihabi bağırsaq xəstəliyidir, yəni bağırsaqların iltihablaşması, sonunda bağırsaqda xoraların əmələ gəlməsi ilə özünü göstərən bağırsaq iltihablaşmasından olan iltihabi bağırsaq xəstəliyidir ki, bu iltihab çöldən yoluxan hər hansı bir bakteriya və ya virus mənşəli deyil, orqanizmin immun sisteminə bağlı olaraq immunitetimizin düşməsi və ya qalxması immunitetimizə zərər verəcək hər hansı bir faktorların təsirindən yaranan iltihablaşmadır. Bu iltihablaşma immun sistem fonunda yaranar və bağırsaqlarda sonunda xoralara səbəb olar. İltihabi bağırsaq xəstəliklərinin ən önəmlisi olan ulserativ kolit xəstəliyi bağırsağın tam anus bölgəsindən başlayaraq yuxarıya doğru qalxan bir xoralarla özünü göstərir ki, bu xoralar bağırsağın millimetrik ara olmadan tam bir-birinin üzərində olan səthi coğrafşəkilli yayılmış xoralar olur. Proses daha da ciddiləşdikcə, bu xoralar daha da dərinləşir və sonunda bağırsaqların dəlinməsinə, perforasiyasına səbəb olur. Ulserativ kolit xəstəliyində tam anusdan başlayaraq, rektum, siqmotkolon, esvari, bağırsaq enən kolon, splenik fleksura, dalaq əyriliyi, transvers kolon, hepatit, fleksura, qaraciyər əyliyi çıxan kolon və tam yoğun bağırsağın axırıncı şöbəsi olan çekumun dabanına qədər xoralarla özünü göstərə bilər və yayılım yerinə görə bu ulserativ kolitin növləri fərqlənir ki, tam rektal tutumla olan və ya siqmoid bölgə ilə olduqda buna rektosiqmoid tutumlu ulserativ kolit deyirik. Bu xoralar yuxarı bağırsağın şöbələrinə doğru inkişaf edərsə və splenik feksuraya qədər daraq əriyinə qədər uzanarsa sol kolon tutumlu sol bağırsaq tutumlu və distal tibb ulserativ kolit adlanır və bu splenik freksuranı keçərək transpers kolana qədər uzanan xoralar olarsa və oradan digər bağırsağın uc bölmələrinə qədər gedərsə buna pankolit deyirik. Yəni yayılmış pankolit, yayılmış ulserativ kolit.

Ulserativ kolitin əlamətləri nələrdir?

Ulserativ kolit ilkin olaraq bağırsaqlar iltihablaşmağa başladıqdan tam xoraların formalaşması, ciddi xoraların əmələ gəlməsi ilə özünü göstərdikdə, kliniki olaraq xəstələrdə də fərqli şikayətlərlə özünü göstərir. İlkin olaraq xəstələrdə daha çox bizə müraciət səbəbləri böyük bayıra getdikdə nəcisdə qanın olması, nəcis qarışıq qanın olması və selikli nəcisin olmasıdır və bundan başqa xəstələrdə daha çox göbəkaltı nahiyədə spazm ağrılarla özünü göstərir və bir çox xəstələrdə temperaturun hərarətin zəif dərəcədə 37 -38 də tez tez qalxması, gecə yuxularından xəstəni bu ağrıların oyatması ilə özünü göstərir. Xəstələrdə ciddi qanaxmalar artıq başladıqdan sonra gemoqlabilin dəmir dəyərinin aşağı düşməsindən ciddi halsızlıqlar yorğunluqlar və bağırsaqda bir çox mineralların və bir çox vitaminlərin sorulmamasından hipovitaminoza bağlı olaraq dehidratasiya su azlığına bağlı olaraq ciddi halsızlıq, yorğunluq kimi şikayətlərlə özünü göstərir. Xəstələr çox ciddi, ağır ulserativ kolitlərlə gəldikdə isə günlük bəzən 3-5, hətta 10-15-ə çıxan ciddi ishallarla, qanlı ishallarla özünü göstərir ki, bir çox xəstəliklərdən məsələn bağırsaq xərçəngi olsun, Kron xəstəliyi və ya bağırsağın infeksion xəstəlikləri ilə gedən bir çox xəstəliklərdən praktiki olduqda ayrılması çətin olur ki, bunu kolonoskopiya vasitəsilə ayırd eləyə bilirik.