Helikobakteri Pilori və diaqnozu

Helikobakteri pilori mədə mikrobudur, mədə bakteriyasıdır. Helikobakteri pilori heliko spiralşəkilli bakteriya və mədənin daha çox antrum dediyimiz bir bölgə çıxacağında daha çox yerləşdiyi üçün ilk öncələr mədə mikrobunun kəşfi zamanı daha çox pilor hissədə tapıldığına görə bu adlardan istifadə edərək helikobakteri pilori adı verilmişdir bu bakteriyaya. Helikobakteri pilorinin keçmişi ilk tapılması çox çox qədimlərə gedib çıxsa da, ancaq ilk məlumatlar 1994-cü ildə yayımlanmışdır və bundan sonra 2005-ci ildə Helikobakteri pilori kəşfi ilə bağlı Nobel mükafatına layiq görülmüşdür. Helikobakteri pilori spiral şəkilli bir qram mənfi bakteriyadır ki, hər hansı bir çöldən yoluxan səbəblərdən istər bu yeyəcəklər qidalar olsun, meyvə, tərəvəz, göy, göyərti, kafe, restoranda daha çox qidalanmaq ev şəraitində daha çox birində olarsa, qab qaşıqla ağız suyu ilə digər insanlara yoluxmaqla, mədəyə yoluxur və mədədə qastrit yaradır. Helikobakteri pilori daha çox çox inkişaf etmiş ölkələrdə və çox aşağı inkişaf etmiş ölkələrdə yayılmış olur. orta səviyyəli inkişaf etmiş ölkələrdə daha az görülür. Belə ki, çox az inkişaf etmiş ölkələrdə, hansı ki, yeni qaydaların tam nəzarətdə olmaması və ailədə daha çox çoxsaylı insanların bir arada olmasından və ailədaxili yayılmaqla daha çox olur və çox inkişaf etmiş ölkələrdə isə kafe restoranların daha çox artması və fast food yeməklərin daha çox artması ilə bağlı olaraq helikobakterinin yayılması da çoxsaylıdır. Helikobakteri pilori mədəyə yoluxduqdan sonra mədə selikli qişasına tam oturuşur və mədə selikli qişasında iltihablaşma, qastrit dediyimiz mədənin fəsadlaşmasını yaradır. Uzunmüddətli bu qastrit davam edirsə, mədənin selik,selikaltı qişasını aşındıraraq əzələ qişasına qədər tam sirayət edir və mədə xorası daha çox da onikibarmaq bağırsaqda yaranan ciddi xoralara səbəb olur. Helikobakteri pilori mədə xorası, onikibarmaq bağırsaq xorası və mədə şikayətləri yaratmaqdan başqa uzunmüddətli davam edərsə, mədə xərçəngi maltomaya qədər dediyimiz ağırlaşmış bir mədə fəsadına mədənin bədxassəli xəstəliklərinə gətirib çıxardır.
Helikobakteri pilorinin diaqnozu necə qoyulur?
Xəstələr tərəfimizə müraciət etdikdə ilkin olaraq mədə şikayətləri ilə müraciət edirlər və bu zaman xəstələrdə endoskopiya proseduru zamanı xəstələrin mədəsindən alınan klotest dediyimiz bir test vasitəsilə mədə mikrobunun yoxlanması ilə aşkarlayır. Bundan başqa xəstələr daha çox tərəfimizə müraciət etdikdə ciddi mədə problemləri olmasa da, amma çox az az və təkrarlayan mədə şikayətləri olur ki, ilkin olaraq helikobakteri piloridən şübhələnirik və bu zaman əgər xəstənin çox ciddi mədə şikayəti yoxdursa, xəstələrdə klotestdən başqa daha çox ürək nəfəs testi dediyimiz ən dəqiq üsullardan biridir. Hətta yüzdə doxsan səkkiz, yüzdə yüz dəqiqliyə malik olan ürək nəfəs testi ilə diaqnoz qoyulur. İkinci sırada daha çox su mədiyyə endoskopiya etmək vasitəsilə ordan alınan yaxmanin klo testdə yoxlanılması və mədədən alınan bioptatların parçaların mikroskopda yoxlanılması ilə sitolojik olaraq bu diaqnoz təyin edilir. Bundan başqa xəstələrdə qan vasitəsilə helikobakteri pilorinin, immunoqloblin M və immunoqloblin G dediyimiz analizlərinin yoxlanılması ilə helikobakteri pilori təyin olunur. Daha çox və daha dəqiq üsullardan biri isə helikobakteri pilorinin nəcisdə yoxlanılmasıdır ki, nəcisdə kart testlə helikobakteri pilorini təyin edə bilərik. Ancaq xəstələrdə digər üsullarla məsələn, nəcisdə yoxlanılıbsa və ya qan testində yoxlanılıbsa və ya ürək nəfəs testi ilə helikobakteri pileri təyin olunubsa, xəstələrdə endoskopiya olunması və bunun qlotes və estoloji olaraq təsdiqlənməsi və onun yaratdığı simptomsuz gedən mədə xorası, baltoma dediyimiz mədə xərçəngi və bir çox xəstəliklərin inkar olunmaq məqsədilə də endoskopiya olunması vacib olur.