Bloq səhifəsinə qayıt

Helikobakteri Pilorinin əlamətləri və müalicəsi

Helikobakteri Pilorinin əlamətləri və müalicəsi

Helikobakteri pilorinin əlamətləri hansılardır?

Helikobakteri piloriyə aid olan əlamətlər şikayətlərlə xəstələr həkimə müraciət etdikdə helikobakter piller yoxlanılır və helikobakter pileri təsdiqlənir. Bəzən başqa bir səbəbləri araşdırarkən helikobakteri pilori təsadüfi hallarda məlum olur. Bəzən də ciddi qastrit şikayətləri ilə gəldikdə helikobakterini araşdırıb təsdiqləyir. Helikobakterinin əlamətlərindən daha çox xəstələrdə tam nağara kimi bəzən qarın şişmələri köp yaranır. Bəzən çox cüzi hallarda tez tez, daha çox da yeməkdən sonra yaranan köp halları ilə özünü göstərir. Mədənin epiqastral nahiyə dediyimiz göbəküstü nahiyədə olan ağrılar, yanma, göynəmə, ağızda acı turş dad, ağızdan qoxu gəlməsi holitozis dediyimiz ağız qoxularının ən əsas səbəblərindən biri olaraq xəstələri bizə gətirirlər. Uzunmüddətli davam edən helikobakteri pilori mikrobuna bağlı olaraq qastrit şikayətlərində daha çox xəstələri, mədə ağrıları mədədən daha çox kürəyə sirayət eləyən onikibarmaq bağırsağa və sağ qabırğaaltına doğru sirayət eliyən bəzən pankreatit ağrıları ilə mədə xorası ağrıları ilə dəyişik düşən ciddi ağrılarla tərəfimizə yönlənirlər. Helikobakteri pilori əlamətləri tam olaraq şişinlik, ağızda acı, turş dad, tez-tez qaz, köp olması, həzmsizlik əlamətləri ilə xəstələr tərəfimizə müraciət edirlər.

Helikobakteri pilorinin müalicəsi varmı?

Helikobakteri pilori çox uzun zamanlardır tibbə, elmə məlumdur. Ancaq çox uzun bir müddətin keçməsinə baxmayaraq, çox ciddi mədə problemləri yaratmasına baxmayaraq, hələ də müalicəsində ciddi problemlər var. Helikobakteri pilori tək mədə problemi yaratmaz. Bunun ilkin olaraq mədədə aşkarlandığına görə daha çox mədə mikrobu olaraq tanımlanır. Ancaq mədədən başqa öd kisəsi, mədəaltı vəz, qaraciyər, burun, boğaz, bağırsaq bir çox orqanlarda da fəsadlar törədə bilər. Ancaq buna baxmayaraq helikobakteri pilorinin müalicəsi günümüzdə tamamilə yüzdə yüz yoxdur və ilkin olaraq müalicədə ilk müalicədə tam 100 faiz müalicə olunmaya bilər. Bunun üçün xəstələrə müalicə verildikdən sonra gözdən qaçan xəstələrin tamamilə unudulması və müalicəsinin nəticəsin yoxlanılmamasıdır. Helikobakteri pilorinin müalicəsi verildikdən sonra xəstələr kontrol olaraq təkrar çağırılmalı və verilən müalicənin nəticəsi yoxlanılmalıdır. Günümüzdə bütün dünya ədəbiyyatlarını araşdırdığımızda helikobakteri müalicənin ilkin müalicəsində yüzdə altmış səkkiz olaraq müalicədən effekt görə bilirlər. Digər 132 xəstələrdə helikobakteri pilorinin tam redikasiya olunmaması təmizlənməməsi halları mümkündür ki, bunun bir çox səbəbləri vardır ki, bu səbəblər içərisində daha çox verilən dərmanların antibiotiklərin orqanizmə tam təsir etməməsi, bu antibiotiklərə qarşı dirəncin olması, müqavimətin olması ilə əlaqələndiririk və verilən antibiotik dərmanların həmin genotipdə olan helikobakteri pilori mikrobuna tam təsir etməməsi ilə bu nəticələrə gəlib çıxa bilir. Xəstələrdə helikobakterinin müalicəsi, mədə dərmanları, mədə qoruyucu dərmanlar proton pompa nasosunun inhibitorları ilə prokatorları ilə bunların müalicəsi və yanında əlavə olaraq xüsusi antibiotiklərin qram mənfi bakteriyalara təsir edəcək antibiotiklərin seçilməsi ilə aparılır. Bu müalicələrdə ilkin olaraq helikobakteri tam çəkilməyibsə, bu dirəncli bir helikobakteri olaraq qiymətləndirilməli və ikinci bəzi hallarda üçüncü çox nadir hallarda dörd reseptin yazılmasına müalicənin yazılması ilə nəticələnən helikobakteri müalicələrdə olur. Bunun üçün xəstələrdə və gənc həkimlərdə helikobakteri müalicəsini verdikdən sonra xəstələrin təkrar nəzarətə çağırılması, kontrola çağırılması və müalicənin effektivliyinin yoxlanılması şərtdir. Əgər helikobakteri müalicəsi tam getməyibsə xəstədə yaratdığı fəsadlar, istər mədə xorası olsun, istər sıradan bir mədə şikayətləri olsun. Bu şikayətlər müalicə bitdikdən sonra xəstənin bir neçə aydan sonra təkrarlanmasına və ağırlaşmaların olmasına və ya bu ağırlaşmaların gizli getməsinə səbəb olur.