Kron və kolit xəstəliklərinin diaqnozu

Kron və kolit xəstəliyi arasındakı fərqlər nələrdir?
Kron və ülserativ kolit iltihabi bağırsaq xəstəliyidir. Yəni onları ümumi birləşdirən əlamət iltihabi bağırsaq xəstəliklərinin olmasıdır. İltihabi bağırsaq xəstəliyi bağırsağın iltihablaşmasıdır. Bu iltihablaşma orqanizmin immun sisteminə bağlı yaranan iltihablaşmadır. Yəni hər hansı bir bakteriya və ya virusun nəticəsində deyil də orqanizmin immun sistemi sayəsində yaranan iltihablaşma olur. Bu iltihablaşmalarda sanki bədən orqanizm öz bağırsağını tanımır, yad cisim kimi öz bağırsağını qəbul edir və bağırsağı orqanizmdən kənarlaşdırmaq istəyir. Bu kənarlaşdırmaq istəyi müxtəlif formalarda özünü göstərir ki, bu ülserativ kolitlə kron fərqini verir. Kron xəstələrində ülserativ kolitdən fərqli olaraq ağız boşluğundan dildən tam qida borusu, mədə, onikibarmaq bağırsaq, incə bağırsağın bütün seqmentləri yoğun bağırsağı biləcək bir formadadır. Ancaq ülserativ kolit xəstələrində isə ən əsas yoğun bağırsaq hissəsini tutar. Çox az hallarda incə bağırsaq tutumları ilə gedən backwash elaited dediyimiz formalarını görə bilirik ki, bundan başqa ülserativ kolit sadəcə yoğun bağırsağı tutur. Yoğun bağırsaq tutumları isə rektum anal bölgədən yuxarıya doğru sanki su axması kimi özünü göstərən xoralarla özünü göstərir. Alt hissədən anusdan başlayaraq xəstəliyin rektum siqmoid kolan və yuxarıya doğru xoraların yayılması ilə özünü göstərir. Ən birinci növbədə xoraların yayılma formasıdır. ikinci növbədə bu xoraların şəklidir. Kron xəstələrində xoralar avtoz tərzdə olar. Yəni qəpik bənzəri dərin dabanlı, üzəri ağ ərpli kənarları ödemli, iltihablı bir xora şəklində olarlar. Ancaq ülserativ kolitdə isə bu xoralar yayılmış şəkildə olar. Yəni coğrafi yayılmış tərzində məsəl üçün bir rektumla siqmoid kolon və bağırsaqların digər seqmentlərinə qədər gedib çıxan bir xoradırsa, bunlar arasında millimetrik aralıq belə olmur. Yəni bağırsağın hər santımını, hər hissəsini tutan xoralar olur ki, coğrafi şəkilli daha çox səthi və daha ağır formalarında dərinləşmiş xoralarla özünü göstərir ki, bu xoraların görünümünə görə biz artıq koloskopiyada kromoserativ kolitmi bunları ayırd edə bilirik. Digər əlamət isə ən əsas əlamət kron və ülserativ kolit xəstələrində sitolojik nəticələrdir. İstər kron xəstələri olsun, istər ülserativ kolit xəstələri olsun biz onlardan xoraları gördükdə biopsiya alırıq və bu biopsiyanın nəticəsinə görə də üserativ kolit və Kron ayırımını tam eləyə bilirik.
Kron və kolit xəstəliyinin diaqnozu necə təyin edilir?
Ülserativ kolit və kron xəstələrində ortaq bəzi xüsusiyyətlər vardır ki, diaqnozunda bunlar çox vacib olur. Bütün bağırsaq şikayəti ilə hansı ki, iltihabi bağırsaq şikayəti ilə bizə gələn xəstələrdə ilkin olaraq kolonoskopiya bizim üçün daha ciddi informasiya verir. Əgər anamnezində və ya xəstənin fizik müayinələrində ciddi krom və ya ülserativ kolit ayırımını hiss ediriksə, görürüksə, kolonoskopiya ehtiyacımız olur. Ancaq çox ciddi iltihabi bağırsaq xəstəliyinə oxşatmırıqsa xəstələri o zaman nəcis və qan analizi istəyirik. Nəcis analizində bizə lazım olan bunu digər iltihabi bağırsaq xəstəlikləri, bakterial və ya virus mənşəli iral mənşəli infeksiyalardan yaranan bir kolitdirsə, bunların ayrımı edirik və bunlardan ən çoxusu da AMİP lə digər iltihabi bağırsaq xəstəliklərinin fərqləndirilməsi və nəcisin ümumi analizində selikin görünməsi bu kimi əlamətlər iltihabi bağırsaq xəstəliyinə şübhə yaradır. Daha sonrasında qan analizləri ilə də biz iltihabi bağırsaq xəstəliyinə ciddi şübhə əldə edə bilərik, hansı ki, xəstələrdə ciddi klinik olur və biz qan analizlərində roya dediyimiz eçs eritrositlərin çökmə sürətində yüksəklik görə biliriksə, c reaktiv zülalda yüksəklik görə biliriksə və ya bunlarda b iki vitamini, hemoqlobin azlığı, devit vitamini əskikliyi bu kimi hallarda da klinika ilə uyğun gəlirsə, xəstələrə kolonoskopiya təyin edirik və bu zaman xəstələrdə ülserativ, kolit və ya krondan ciddi bir şübhəmiz yaranmış olur. Sitoloji nəticələrin incələnməsi üçün biopsiya almaq məcburiyyətində qalır və biopsiyada xəstəliyin birinci olaraq iltihabi bağırsaq xəstəliyi olub olmaması təsdiqlənir. İltihabi bağırsaq xəstəliyi isə kronmu, yoxsa ülserativ kolitmi bu aydınlaşdırılır.