Bloq səhifəsinə qayıt

Alkoqol Hepatiti

Alkoqol Hepatiti

Alkoqol hepatiti nədir?

Alkoqol içərisində etanol olan və şəxslərdə bihuşedici vəziyyət yaradan bütün içəcəklərin hamısı alkoqol adlanır. Alkoqolla bağlı yaranan qaraciyər zədələnməsi qaraciyər iltihablaşması, qaraciyər daşlaşması isə alkoqol hepatiti olaraq bu termindən istifadə olunur. Alkoqol hepatitində kişilərdə günlük 40, xanımlarda günlük 20 qramın üzərinə çıxan və bunun davamlı olması ilə yaranan bir qaraciyərin iltihablaşmasıdır. Alkoqol hepatiti hələ uzun illərdən bəri elmə məlumdur. Hazırda alkoqol hepatitində tam ağırlaşmış formaya gəlməmişdirsə medikal müalicə ilə tibbi müdaxilə ağır cərrahi əməliyyatlar keçirmədən belə alkoqol hepatitinin müalicəsi mümkündür. Alkoqol hepatitlərində daha çox ilkin başlanğıclı formada, yəni tam xroniki alkoqolik olmamış, tam xroniki alkoqol zədələnməsi yaranmamış ilkin etaplarda olduqda müalicəsi daha asandır, ancaq xroniki alkoqolizmə çevrildikdə isə uzunmüddətli bir müalicə tələb edir. Ancaq qaraciyər tamamilə fibrozlaşdıqda, sıradan çıxdıqda, daşlaşdıqda isə çox ciddi müalicələrə ehtiyac olur və qaraciyər transplantı ilə nəticələnir.

Alkoqol hepatitinin hansı müalicə növləri var?

Alkoqol hepatitində əsas müalicə alkoqolun dayandırılmasıdır. Xəstələrdə alkoqolun dayandırılması ilə bütün şikayətləri geriləyər. Qan analizlərində olan bütün pozğunluqların hamısı düzələr. Bunun üçün bizə ən azı altı ay vaxt lazımdır ki, qaraciyərdə, qaraciyər hüceyrələrində oturuşmuş olan alkoqol tamamilə təmizlənsin. Qaraciyər hüceyrələrində tamamilə təmizləndikdən sonra alkoqolun əlavə yan təsirləri də tamamilə aradan qalxmış olur. Qaraciyərdə alkoqolun dayandırılmasından sonra qaraciyər funksiyalarında çox ciddi bir düzəlmələr özünü göstərir və bununla paralel qaraciyərin simptomatik müalicəsi və alkola bağlı olan müalicələr aparılır. Kəskin, ciddi və şiddətli gedən qaraciyər ağırlaşmalarında alkol hepatitinə bağlı qarşı qaraciyər ağırlaşmalarında isə çox ciddi xəstəxana rejimi tələb edir. Hətta xəstə xroniki alkoqalizmə məruz qalıbsa, artıq xroniki alkoqalizm xəstədə təsdiqlənibsə narkoloqların köməyi ilə bizim qaraciyər müalicəsi paralel aparılmalıdır. Artıq çox ciddi vəziyyətə gəlmiş və müalicələrə cavab verməyən ağır qaraciyər xəstəliyidirsə, artıq qaraciyər serrozu və qaraciyər xərçənginə düçar olmuş alkoqolla bağlı qaraciyər xəstələri, artıq qaraciyər transplantı nəqli aparılması mütləq hala gəlir və bu zaman da xəstələrdə yaranan problemləri qaraciyər serrozuna bağlı yaranan problemlərin aradan qaldırılması ilə bir müddətlik içkinin alkoqolun tamamilə dayandırılması və xəstənin psixoloji halının tamamilə düzəldilməsi, xroniki alkoqolizmdən çıxarılması vacib olur və bundan sonra qaraciyər transplantasiyasi məsləhət görülür.