Bloq səhifəsinə qayıt

Hepatit C virusunun müalicəsi varmı?

Hepatit C virusunun müalicəsi varmı?

Hepatit C virusunun müalicəsi varmı?

Hepatit C virusunun müalicəsi var. Hepatit C virusunun öncəki müalicələrdən fərqli olaraq hazırkı müalicələri daha təkmilləşmişdir və xəstə üçün daha rahatdır, maddi yöndən daha rahatdır. Dərmanların əlavə yan təsirinə görə xəstələrə verilən əziyyət artıq yoxdur və bu müalicələrdə artıq əvvəlki müalicələrlə müqayisədə xəstələr yüzdə doxsan səkkiz, yüzdə yüz müalicə oluna bilər. Öncəki müalicələrdən hansı ki, həftədə bir vurulan iynələr vardır ki, bunlara interferon müalicələri dediyimiz interforon tərkibli dərmanlardan istifadə olunurdu ki, həftədə bir bunlar bunlar genotipdən asılı olaraq 24 və ya 48 həftə istifadə olunurdu. Bu iynələr və orada yüzdə otuz beş, yüzdə qırx maksimum dərəcədə yüzdə əlli beşlərə qalxan müalicə olunma şansı vardı və virus müalicə olunduqdan sonra 3-6 ay keçdikdən sonra, bu xəstələrdə yüzdə beş, yüzdə yeddi hallarda virusun təkrarlandığını görürük və tam şablon bir müalicə idi. Həm xəstə olaraq, həm həkim olaraq hər hansı bir seçənək yox idi. Hazırkı müalicələrdə isə tamamilə fərqlidir. Virusun yezdə doxsan səkkiz, yüzdə yüz müalicəsi vardır və öncəki müalicələrlə maddi yöndən götürdüyümüzdən daha ucuz başa gəlir, daha rahatdır. Xəstələr artıq iynə müalicəsindən yox, tabletka müalicəsindən istifadə edirlər. Bunun üçün gündə bir və ya iki tabletkadan istifadə olunur ki, hansı ki, bu müalicələr öncəki müalicələr kimi şablon müalicələri deyil, xəstənin virus yükündən genotipindən, qaraciyərin vəziyyətindən asılı olaraq müxtəlif dərman preparatları seçilir. Bu sayda otuza yaxın dərmanlar artıq dünya üzərində istifadə olunur ki, bu dərmanlar dediyimiz kimi, genotip virusun yükü qaraciyərin vəziyyətindən asılı olaraq iki ay, üç ay, bəzən altı ay müddətində verilə bilər. Qaraciyər serrozu və ya qaraciyər xərçəngi olmamış xəstələrdə müalicə müddəti üç ay, bəzən iki ay olaraq götürülür. Xəstə gündə bir-iki çox az hallarda qaraciyərin vəziyyəti və genotipindən asılı olaraq üç dərman istifadə etmək məcburiyyətində qalır. Qaraciyər serrozu olmuş xəstələrdə isə altı aylıq müalicə kursu planlaşdırılır. İstər kəskin Hepatit C, istər xroniki Hepatit C, istərsə də ağırlaşmış, yəni qaraciyər serrozu olmuş və ya qaraciyər xərçəngi olmuş Hepatit C nin müalicəsi vardır. Kəskin Hepatit C-dən qaraciyərin testlərindən asılı olaraq, genotipdən asılı olaraq müalicə seçilir və bu müalicələr bəzən iki ay müddətində tamamilə tamamlanır və bu xəstələrdə spontan olaraq öz özünə müalicəsiz sağalma şansları 15 -20% dir. Ancaq bu xəstələrdə müalicə olunmazsa fulminan yəni ildırımvari gedişli hepatit C-yə keçərsə, xəstənin itirilmə təhlükəsi də vardır. Xroniki Hepatit C-lərdə isə bütün gördüyümüz Hepatit C-lərin hamısı əgər qanında pezeyr analizində virusun yükü müsbətdirsə, müalicə olunmalıdır və bunlar da müalicə iki ay, üç ay müddətində çəkər. Ağırlaşmış hepatitlər C-lərdə isə tamamilə müalicə olunandır və qaraciyərin müalicəsi ilə yanaşı virusun müalicə olunması şərtdir.