Bloq səhifəsinə qayıt

Qaraciyər sirrozu, əlamətləri, səbəbləri, müalicəsi

Qaraciyər sirrozu, əlamətləri, səbəbləri, müalicəsi

Qaraciyər sirrozu nədir və yaranma səbəbləri nələrdir?

Qaraciyər sirrozu normal işləyən qaraciyərin qaraciyər hüceyrələrinin qaraciyər toxumasının getdikcə öz funksiyasını itirməsi el arasında dediyimiz kimi, bərkiməsi, daşlaşması, fibrozisə uğramasıdır və müəyyən müddətdən sonra qaraciyərdə yaranan bütün olan funksiyaların hamısının tamamilə itirilməsi. Qaraciyər çatışmazlığının yaranmasıdır. Qaraciyər sirrozunda səbəblər çox önəmlidir. Qaraciyər sirrozun səbəbindən asılı olaraq səbəbin müalicəsi qaraciyər sirrozunun müalicəsinə ciddi təsir edər və xəstələrin sürveyinə, həyatda qalmalarına, ondan sonrakı yaşam tərzlərinə ciddi təsir edər. Qaraciyər sirrozunun səbəbləri: Bu günümüz üçün daha çox yayqın olan Hepatit B, Hepatit C, Hepatit D və digər qaraciyər viruslarından olan Hepatit A hepatit G hepatit E. Çox çox önəmlidir bu viruslardan başqa digər ikincili qaraciyər, viruslar vardır ki, stoego virusu epişteyn bar virusudu TTV virusudur çox az-az rast gəlinən viruslarda və bundan başqa bəzi bakteriyalar var ki, məsələn, bursellalar bürsülyozda qaraciyər sirrozuna qədər gətirib çıxarır. Bundan başqa viruslardan başqa, qaraciyərin anadangəlmə bir çox xəstəliklər vardır ki, Vilson xəstəliyi, Hemakromatoz xəstəliyi, portal, ventrombozu, badşairi sindromu, belokziv xəstəliklər kimi damar problemlərinə gedən xəstəliklər və bundan əlavə sonradan qazanılmış xəstəliklər vardır ki, qaraciyər yağlanması, metabolitik dəyişikliklərə bağlı olaraq və ya qidalanmadan asılı olaraq yaranan qaraciyər yağlanması və ya ən önəmlisi və çox ciddi bir yer tutan alkol hipatiti alkola bağlı qaraciyər yağlanması, qaraciyər zədələnməsi və bunlardan başqa qaraciyərdə istifadə olunan hansı dərmanların qaraciyərə çox ciddi, toksiki təsirindən yaranan daha çox dərman hepatiti kimi tanınan toksik hepatitlərin olması və qaraciyər sirrozuna gətirib çıxarırlar və əlamətlərdən asılı olaraq qaraciyər sirrozunun müalicəsində əlavələr və ciddi fərqliliklər yaranır.

Qaraciyər sirrozunun ilkin əlamətləri nələrdir?

Qaraciyər sirrozunun əlamətləri qaraciyərin zədələnməsindən asılı olaraq dəyişə bilər. İlkin olaraq bunları qabaqca iki hissəyə bölərik kompanse sirroz və dekompanse sirroz dediyimiz, yəni ilk mərhələdə başlayan sirrozlara kompanse sirroz deyirik. Bu zaman qaraciyər kompensator olaraq böyüməyə başlayar, UZİ və qan analizlərində bunları az miqdarda da olsa görə bilirik. Uzdə qaraciyərin böyüməsi və bununla bərabər dalağın böyüməsi və qaraciyər testlərində, hansı ki, qaraciyərin funksional testləri dediyimiz ALT, AST, ALP, GGT, TOTAL BRUG kimi dəyərlərində minimal yüksəlmələr görərik və bu xəstələrdə getdikcə qaraciyərin xəstəliyin səbəbindən asılı olaraq qaşınmalar, yüngül qaşınmalar, halsızlıq, yorğunluq, iş qabiliyyətinin getdikcə itirilməsi, əzələ, oynaq ağrıları kimi bir çox şikayətlər, əlamətlər yaranır. Artıq dekompansiya serroza keçmiş ağır serroza keçmiş xəstələrdə daha ciddi əlamətlər özünü göstərir ki, abdominal assit dediyimiz qarın boşluğuna ciddi maye toplanması və qida borusunda, qaraciyərin damarının genişlənməsindən yaranan portal hipertenziya dediyimiz və bu portal gipertenziyaya bağlı olaraq qida borusunda yaranan ciddi vena damarlarının genişlənməsi və bu damarların genişlənməsindən Qaynaqlı olaraq hər hansı bir səbəbdən istər təzyiqdən, istər hər hansı bir sərt qidalardan, damarların partlaması, ağızdan spontan olaraq qan gəlməsi və ya qaraciyərə bağlı olaraq qaraciyər komasına girməsi xəstələrin buna hepatik ensoflopatiya deyirik. Bu üç əlamətdən biri və ya bir neçəsi olubsa, xəstəni artıq dekompansiya serros hesab edirik. Bunlardan daha ağır formaları isə qarın boşluğuna yığılan asetdə hər hansı bir infeksiya düşərsə, spontan bakterial periton dediyimiz və ya qaraciyərlə bərabər böyrəkdə funksiyadan düşərsə, hepatorenal sindrom dediyimiz qaraciyərlə bərabər ağciyər də funksiyadan düşərsə, hepatopulmonal sindrom dediyimiz kimi əlamətlərin yaranması artıq dərinləşmiş qaraciyər çatışmazlığının olduğunu göstərəndir dekompansa sirrozun daha ağır mərhələsinin göstəricisidir bu xəstələrdə səbəbdən asılı olaraq gedəcək. Kliniki gedişat sürəti də fərqlənər xəstələrin kliniki əlamətləri də fərqlənər. Bu xəstələrdə dediyimiz kimi ağır sirroza giribsə, Spider angioma dediyimiz damar partlamaları olub dəridə damar partlamalarını qansızmalarını görə bilərik və ya qaşınmadan qaynaqlanan dərilərində ciddi yaralanmaların olduğunu görərik. Xəstələr qaşıyan dərilərinə ciddi zərər verənlər qanamalar, yaradarlar və bunlar da tez tez burnundan və ya diş ətindən yüngül qanamalar özünü göstərər. hansı ki, normal şəxslərdə normal insanlarda qanama yerləri kəsildikdə zədələndikdə bu qanama tez durar, qaraciyər xəstələrində isə gec durar. Bu kimi əlamətlər artıq qaraciyər sirrozunun başlanğıcını və ya ağır formada olmasını göstərər.

Qaraciyər sirrozu müalicə olunan xəstəlikdirmi?

Səbəbindən asılı olaraq qaraciyərin vəziyyətindən asılı olaraq müalicə olunandır və fərqli müalicə üsulları metodları var. Qaraciyər serrozunun ilkin olaraq səbəbi müalicə olunmalıdır. İstər virus hepatitləri olsun, Hepatit B, C, D və digər virus hepatitləri, istərsə də anadangəlmə qaraciyər xəstəlikləri, istər qaraciyər yağlanması, istər alkola bağlı qaraciyərin yağlanması və zədələnməsi, istər toksik hepatitə bağlı olması və bir çox qırxdan çox qaraciyər xəstəlikləri var ki, hər bir səbəb ayrılıqda və təkbaşına tamamilə müalicə olunması lazımdır və hansı ki, bəzi xəstəliklər var- autoimmun xəstəliklər kimi və digər Vilson hemokromatoz kimi bəzi xəstəliklər var ki, ömür boyu müalicə almaq məcburiyyətində qalır xəstə. Xəstə dərin remisyona salınmalıdır. Xəstəliyin kəskinləşmiş fazası tamamilə remissiyaya gətirilməlidir. yəni sakitləşdirilməlidir və onunla bərabər də qaraciyər serozunun müalicəsi getməlidir. Bu xəstəliyin səbəbinin müalicəsi ilə yanaşı kompanse sirroz xəstə toparlayar,düzələr. Ancaq dekompanse seroza girmiş xəstələrdə bəzən səbəbin müalicəsinin verilməsi çox çox çətin olur. Məsələn, hepatit B-yə aiddirsə və ya hepatit C yə aiddirsə, səbəbi rahatlıqla müalicə olunandır. Ancaq Hepatit D üçün bu gün qaraciyər sirrozu olmuş xəstələrə müalicə verməmiz bir az çətinlik törədir və digər autoimmun xəstəliklərə bəzən müalicə verilmədə ciddi çətinliklər yaranır. Vilson hemokromatozis və digər xəstəliklərdə müalicəsində rahatlıq vardır. Yəni söylədiyim kimi səbəb çox önəmlidir. Səbəbi aradan qaldırıldıqda və qaraciyərin hansı kompense sirrozu, dekompense sirrozu olduğu mərhələdən asılı olaraq, sualımızı deyə bilərik ki, qaraciyər xəstəliklərindəki sirrozlar müalicə olunurmu? Sualın cavabını daha aydınlıqla deyə bilirik ki, səbəb öncə müalicə olunmalıdır və ondan sonra qaraciyər serrozu aradan qalxır. Bəzən qaraciyər tamamilə məhv olmuş, xəstələrdə dekompansiyaya girmiş və ağırlaşmış xəstələrdə isə artıq müalicənin bir faydası olmur və ya uzunmüddətli xəstənin müalicəsi ilə gedə bilmirik. Artıq qaraciyər transplantasiyası gündəmə gəlir, qaraciyəri dəyişmək məcburiyyətində qalır. Bu günümüz üçün uzun illərdir ki, qaraciyər transplantasiyası var və bu günümüz üçün də, bu uğurla, istər ölkəmizdə, istər dünya miqyasında uğurla həyata keçirilir. Qaraciyər transplantasiyası və xəstələr bundan çox çox ciddi fayda görürlər. Önəmli olaraq qaraciyər transplantasiyasına getməmişdən öncə müalicə oluna biləcək səbəblərdirsə öncədən müalicə olsun ki, qaraciyər transplantasiyası sonrası belə xəstələrdə həmin xəstəliklər baş qaldırıb qaraciyəri yenidən sirroz eləməz.