Bloq səhifəsinə qayıt

Hepatit C virusunun fəsadları və qorunma yolları

Hepatit C virusunun fəsadları və qorunma yolları

Hepatit C virusu müalicə olunmazsa hansı fəsadlara səbəb ola bilər?

Hepatit C virusu müalicə olunmadıqda digər qaraciyər xəstəlikləri kimi qaraciyər sirrozu, qaraciyər xərçəngi və ya eyni şəxsdə həm qaraciyər sirrozu, həm qaraciyər xərçəngi ilə nəticələnə bilər. Virusun orqanizmə yoluxmasından sonra ilk üç ildən 30 il bir vaxt müddətində qaraciyərdə sakit gedə bilər, səssiz gedə bilər. Şəxslər olar ki, 20 ildir Hepatit C-ə yoluxub, ancaq heç bir əlamət, şikayət verməz. Ancaq şəxslər olar ki, üç ildir virusa yoluxub, artıq sirroz əmələ gəlib və ya qaraciyər xərçəngi əmələ gəlir. Virus orqanizmə yoluxmasının müddətindən asılı olaraq və bundan başqa virusun genotipindən, virusun aktivliyindən, orqanizmin immun sistemindən, yanaşı gedən xəstəliklər hansı ki, zob, şəkər, immun sistemi ilə bağlı olan digər rematizmal xəstəliklər hər hansı birinin olması da orqanizmdə ciddi immun sistemində zəiflik yaradar və virusun aktivliyini artırar və bu zaman virus Daha sürətli formada qaraciyər serrozu və ya qaraciyər xərçəngi yaradar. Virusun orqanizmə yoluxması ilə əlaqədar olaraq serrozdan əlavə digər əzələ oynaq sisteminə təsir edər və immun sistemində ciddi zəiflik yaradar. digər immun sisteminə bağlı olan xəstəliklərin oyanmasına gətirib çıxarır.

Hepatit C virusundan necə qorunmaq olar?

Hepatit C virusunda ən əsas qan təması ilə yoluxma olduğuna görə insanların qan təmasından özlərini gözləmələri, qorumaları vacibdir. Hepatit C virusunda peyvənd yoxdur. Yəni Hepatit B virusu kimi peyvənd olunub, özlərini qoruya bilmirlər. Hepatit C virusunda qorunmalarını sadəcə ortaq cızıcı, kəsici, dəlici alətlər vasitəsindən keçdiyi üçün ortaq bu alətlərdən istifadə olunmaması, bunların hamısının alətlərin şəxsi olması vacibdir və ya hər hansı bir kiçik və ya böyük ölçülü tibbi müdaxilə olunacaq yerlərdə stomatologiyada diş həkimlərində olduqda və ya bərbərdə olduqda, gözəllik salonlarında olduqda, dializ xəstələridir, talesemiya, hemofiliya xəstələridir, hansı ki, bunlar tez tez qan təmasına məruz qalırlar. Bunlar da həmin müəssisələrdən sertifikat tələb edilməsi, dezinfeksiya və ya sterilizasiyaya dair həkimdən məlumat almaları vacibdir və bu hər bir kəsin haqqıdır. Təbii ki, digər əlavə vərdişlərdən eroin istifadəsidir, bir iynədən bir neçə nəfərin istifadə etməsidir. Bu kimi hallarda bütün şəxslər çəkinməlidir və ən azı Hepatit C dən qorxmalıdırlar. Eləcə də daha çox xəstələrimiz arasında gördüyümüz ailədə bir neçə nəfər şəkər xəstəsidirsə, eyni iynələrdən istifadə olunmamasıdır. Yəni bu kimi nüanslardan qan təmasından cızıcı, kəsici, dəlici alətlər vasitəsilə keçə biləcəklərini düşünmələri və gözləmələridir. Hepatit C-dən qorunmaq üçün ailədə birində Hepatit C varsa qab-qaşıqlarını ayırmağa gərək yoxdur. Yəni bu Hepatit C qab qaşıqdan keçməz. Bir yerdə bir otaqda oturmaq, təmasda olmaq, əl tutmaq, körpəni öpmək, qucaqlamaqbax bu kimi vasitələrlə keçməz. Onun üçün xəstələrdə psixoloji olaraq hər hansı bir narahatçılıq yaratmaqlar da doğru deyil.