Bloq səhifəsinə qayıt

Vilson xəstəliyinin müalicəsi

Vilson xəstəliyinin müalicəsi

Vilson xəstəliyinin müalicəsi

Vilson xəstəliyinin müalicəsi çox önəmlidir. Vilson xəstəliyin müalicəsində hansı orqana daha çox mis depolanıbsa, hansı orqanın tutulumu daha öndədirsə bunun çox önəmi vardır və qaraciyərimizin vəziyyəti hansı durumdadırsa çox önəmlidir. Vilson xəstəliyində hətta çox ağır dekompens sirroz xəstəsi olduqda belə hətta tam transplanta uyğun gördüyümüz xəstəlik olub bəzən bunlar müalicə ilə geri dönüşüm şansı kompans sirroza keçməsi və tamamilə sağalma şansı olur. Ancaq bunlar təbii ki, ömür boyu Vilson xəstəliyinin xüsusi dərmanları var ki, bu dərmanları atmaq məcburiyyətində qalırlar. Ancaq beyin əlamətləri ilə gedən, beyinə misin çox depolanmasından, beyin, psixiatrik pozuntularla, sinir problemləri ilə özünü göstərən Vilson xəstələrində, dönüşüm məsələsi çox çox çətindir. Digər göz problemləri olduqda ATC kataraktında və ya digər hormonal problemlərlə özünü göstərən menstrual tsikl problemlər olsun, infertilite uşaq problemləri, hamiləlik problemləri olsun, bu durumda Vilson müalicəsi ilə tamamilə geri dönüşümlü bir cavab ala bilirik, xəstələr də tamamilə toparlayıb düzələ bilirlər və Vilson xəstəliyində daha çox əzələ oynaq problemləri, osteoporoz, osteoartrit özünü göstərir ki, Vilson xəstəliyinin köklü müalicəsi ilə bu problemlərin aradan qalxdığını xəstələrdə görürük. Ancaq bəzən olur ki, Vilson xəstələrində şiddətli gedən bir Vilson xəstəsi olur, hansı ki, kəskin Vilson deyirik və ya fulminan gedişli Vilson dediyimiz xəstələr olur və ya çox ağır mərhələdə gələn Vilson xəstələri olur ki, artıq qaraciyər tamamilə iflas eləmişdir və dekompensiya qaraciyər sirrozuna keçmişdir. Bu vaxt artıq qaraciyər transplantı qaçılmazdır. Qaraciyər transplantı ilə xəstələrin yenidən həyata qovuşması olur. Ancaq qaraciyər transplant olunduqdan sonra da təbii post transplant müalicə ilə yanaşı Vinlson müalicəsini də Vilsona preparatlarını da xəstə ömür boyu istifadə etməlidir.

Vilson xəstəliyinin ağırlaşmaları

Vlison xəstəliyin ağırlaşmalarında misin hansı orqanda çox depolanmasına bağlı olaraq ağırlaşmalarını yaradır? Yəni mis daha çox qaraciyərdə depolanarsa, qaraciyər problemləri daha çox öndə olur. Mis beyində çox toplanarsa, bu, nevroloji və psixiatrik problemlərin daha çox öndə olmasına gətirib çıxarır. Mis böyrəklərdə toplanarsa, böyrək problemlərinin, mis, gözdə toplanarsa, ATS, kataraktı, san flower kataraktı olmasını yaradır. Daha ön planda gedən görmə problemləri yarada bilər. Xəstədə misin qanda traplara təsir eləməsi, hormon sistemlərinə təsir etməsi cinsi funksiyalarına təsir etməsinə bağlı olaraq xəstələrdə ciddi hormon problemləri ilə özünü göstərə bilər və hamiləlik infertilitə menstrual tsiklinin pozulması və bir çox hormon problemləri yarada bilər. Hətta bəzi xəstələrdə misin əzələ oynaq sisteminə təsirindən osteaporoz, osteoartrit bir çox problemlər yaradır. Çox az xəstələrdə isə kardiomeqali dediyimiz ürəyə ciddi təsirindən yaranan ürək problemləri ola bilər.