Bloq səhifəsinə qayıt

Hepatosteatoz, əlamətləri və səbəbləri

Hepatosteatoz, əlamətləri və səbəbləri

Hepatosteatoz nədir?

Hepatestiatoz qaraciyər hüceyrələrinin yağlanması ilə özünü göstərən bir qaraciyər xəstəliyidir. Hepatestiatozda qaraciyər hüceyrələrinin yağlanması alkoqolla bağlı ola bilər və alkoqol xarici yağlanmalar ola bilər. Alkoqol xarici yağlanmalarda ən əsas götürdüyümüz qaraciyər hüceyrələrinin daha çox metabolitik yağlanmaları ilə özünü göstərən hepatestiatozlarla rastlaşır. Hepatestiozda da digər qaraciyər xəstəlikləri kimi qaraciyər hüceyrələri iltihablaşar qaraciyər hüceyrələrində fibros daşlaşma bərkimə əmələ gələr və qaraciyərin digər xəstəlikləri kimi qaraciyəri ağırlaşdırıb tamamilə sıradan çıxardar və serroz xərçənglə nəticələnir.

Hepatosteatozun əlamətləri nələrdir?

Hepatosteatozun əlamətlərində digər qaraciyər xəstəlikləri kimi heç bir əlamət şikayət verməz. Ancaq xəstəlik daha ciddi irəliləmiş xəstələrdə qaraciyər sağ qabırğa altında brisson kapsulasının gərilməsinə bağlı olaraq yüngül ağrılar verə bilər. Çox kiçik narahatedici iynə, sancaq batar şəkilli ağrılarla özünü göstərə bilir. Qaraciyər yağlanmasında əgər qaraciyərin böyüməsinə və qaraciyər analizlərinə alt, ast, alp ggt dediyimiz analizlərə ciddi təsir edirsə, artıq ciddi müalicəyə ehtiyac olur. Qaraciyər yağlanmalarında xolesterol, yağ mübadiləsi, lipid mübadiləsi pozulduğundan xəstələrin çox yağlı, duzlu şəkərli qidalardan istifadə etdikdə tez tez köpün olması, ağızda acı, turş dadın olması, irəli dönəmdə ürək bulanmaların olması ən əsas qaraciyər yağlanmasının əlamətlərindəndir. Bir çox xəstələrdə qaraciyər yağlanmasına bağlı olaraq ciddi qəbizliklə özünü göstərir ki, hansı ki müalicədə qəbizliyin özünə xüsusi müalicəyə verməyə ehtiyac olmur. Qaraciyər yağlanmasının müalicəsini verdikdə qaraciyər yağlanması azaldıqda, qəbizlik də tamamilə aradan qalxmış olur.

Hepatosteatozun səbəbləri nələrdir və kimlərdə görülə bilər?

Hepatosteatozun ən əsas səbəbləri alkoqolla bağlı olan qaraciyər yağlanmaları və alkoqoldan kənar olan qaraciyər yağlanmalardır. Alkoqoldan kənar olan qaraciyər yağlanmalarında ən əsas metabolitik sindrom, yəni hiperlipidemi, hipertansion, şəkərli diabet bu kimi xəstələrdə ciddi qaraciyər yağlanmaları ilə özünü göstərir. Şəkərli diabet daha çox qaraciyər yağlanması ilə qaraciyər yağlanması da diabetin olması və ya diabetə meyilliliyin olması, insulin dirəncinin yaranması ilə özünü göstərir. Digər qaraciyər yağlanmalarında ən əsas oturaq həyat tərzi, oturaq iş rejimi və ya dərman vasitələrindən çox istifadə eləmək, bu antidepressantlar, psixotrop dərmanlar, onkoloji xəstələrin istifadə etdiyi ximya dərmanları və digər antibiotiklərdən istifadə olunur ki, bunlar qaraciyərə ciddi yağlanma verir. Qaraciyərin digər yağlanma səbəblərindən, fəsfud qidalardan daha geniş istifadə olunmasıdır ki, günümüzdə gənclərdə və uşaqlarda biz bunu daha çox görürük. Qaraciyərin digər yağlanma səbəblərindən ən əsası və ən çətinlərindən biri də bəzi genetik xəstəliklərlə gedən xəstəliklərdir ki, bunlar digər əlamətlərindən biri də qaraciyər yağlanmasıdır.