Alkoqol hepatitinin simptomları

Alkoqol hepatitinin simptomları nələrdir?
Alkoqol hepatiti xəstəliyin hansı mərhələdə olmasından asılı olaraq şikayəti, kliniki gedişatı da fərqlidir. Alkoqol hepatitlərində ilkin alkol qəbuluna bağlı olaraq əgər alkol qəbulu xronikləşirsə, şikayətlər də yavaş-yavaş üzə çıxmağa başlayır. İlkin olaraq xəstələrdə qaraciyər yağlanması-hepatosteatoz yaranır və bu hepatosteatoza bağlı olaraq qaraciyərin funksiyalarını yavaş-yavaş itməsi olur. İlkin olaraq xəstələrdə qaraciyər böyüdükcə qaraciyərin qlisson kapsulası dediyimiz üzərini örtən kapsula artıq gərilməyə başlayır, qıcıqlanmağa başlayır və bu zaman sağ qabırğa altında yüngül, çox həfif incə iynə sancan tərzi ağrılar olmağa başlayır. Xəstələrdə getdikcə bulantı, halsızlıq, iştahsızlıq, yorğunluq, ishal, həzmsizlik özünü göstərir və qan analizlərində xəstələrin qaraciyər testlərində yüksəlmələrin özünü göstərir. Uzun müddət davam etdikcə və bu artıq xroniki bir hal aldıqdan sonra xroniki alkol hepatosteatozu xroniki alkoqolik hepatit yaranır. Xroniki vəziyyətə gəldikdən sonra isə qaraciyərin funksiyası ciddi dəyişməyə başlayır. Qan analizlərində, qaraciyər testlərində ciddi və davamlı yüksəkliklərlə özünü göstərir və uzun müddətli davam etdikdə isə xəstələrdə bulantı, qusma, halsızlıq, iştahsızlıq, ishal, qarın ağrısı, sağ qabırğaltında tez-tez olan ağrılar, sümük ağrıları kimi ağrılarla özünü göstərir və qaraciyərin və bunun təsirindən digər orqanlara yaranan təsirdən başlayır digər əlamətlər verməyə ki, bunlarda hormonal dəyişikliklər- ginekokomastiya, osteoporoz, göz problemləri, bağırsaq problemləri özünü göstərir. Çox ağır formalarda xəstələr bizə gəldikdə isə artıq qaraciyər sirrozu qaraciyər xərçəngi olmuş olur. Alkol hepatitinə bağlı yaranan qaraciyər sirrozu çox ağır bir gedişatlı olur və bəzən medikal müalicələrə cavabsız olur və medikal müalicələrə cavab verməyən xəstələrdə 3-6 ay ərzində bu xəstələr izlənilir. Cavab verməyən xəstələrdə isə hətta qaraciyər nəqli ilə yekunlaşmış olur müalicə. Alkoqol hepatitində gedişat kəskin və xroniki formada olur ki kəskin hallarda çox ciddi sarılıqlar, çox ciddi kliniki şikayətlərlə özünü göstərir və bu adi qaraciyər müalicələrindən, simptomatik qaraciyər müalicələrindən tam toparlamır düzəlmir və bu zaman hormon dərmanlara xüsusi bir qrup vitaminlərə və xüsusi dərmanlardan istifadəyə gətirib çıxardır. Çox ağır hallarda isə həm qaraciyərin öz müalicəsi, həm də qaraciyərdən əlavə yaratdığı endokrinoloji, osteoparotik, digər böyrək funksiyalarının pozulmalarında özünü göstərirsə, böyrək müalicələri ilə müalicə daha da geniş olmuş olur və qaraciyər serrozuna yönəlik müalicələr aparılır.