Bloq səhifəsinə qayıt

Autoimmun Hepatit

Autoimmun Hepatit

Autoimmun hepatiti nədir?

Hepatit qaraciyər iltihablaşması, qaraciyər hüceyrələrinin məhv olması fibrozisə uğramasıdır və bu bir çox səbəblərdən yaranır. Bunlardan ən geniş yayılmışı da daha çox autoimmun hepatitlərdir. Autoimmun hepatitlər immun sistemə bağlı qaraciyər hüceyrələrinin iltihablaşmasıdır. Autoimmun hepatitlərdə hər hansı bir anadangəlmə faktordan yaranan problemin hər hansı bir səbəblərdən sonra daha da şiddətlənməsi, qalxmasıdır. Bu səbəblər infeksion səbəblər ola bilər, stress səbəbləri ola bilər, qidalanma faktorunda ciddi pozulmalar ola bilər. Alkol, siqaret, toksik hepatit fonunda yarana biləcək və şiddətlənə biləcək bir qaraciyər xəstəliyidir.

Autoimmun hepatit daha çox kimlərdə ola bilər?

Autoimmun hepatitlər genetik keçidli immun sistemə bağlı bir xəstəlik olduğundan ömrün müəyyən vaxtlarında üzə çıxa biləcək bir xəstəlikdir. Yaş fərqi olmadan üzə çıxarılır. Praktik olaraq biz bunları körpə uşaqlarda görə bilərik. 2-3 yaşında görə bilərik. Daha çox gənc, orta yaşlı xəstələrimizdə görürük. Orta yaş üzəri olan ahıl yaşlarında autoimmun hepatitlərin gəlmə sayı çox az olur və yaxud xəstələr gəldikdə çox ciddi ağırlaşmış vəziyyətdə seroz və yaxud qaraciyər xərçəngi ilə gəlirlər. Autoimmun hepatitlərdə xanımlar kişilərə nisbətən daha üstünlük təşkil edirlər. Yüzdə altmış, altmış beş kimi nisbətdə xanımlar daha çox öndədir.

Autoimmun hepatiti müalicə olunmazsa nələrə səbəb ola bilər?

Autoimmun Hepatit diaqnozu zamanında qoyulmazsa və uzunmüddətli bu səbəbi məlum olmayan qaraciyər xəstəliyi kimi izlənilərsə, sonunda qaraciyər sirrozu və ya qaraciyər xərçəngi və ya həm qaraciyər sirrozu həm qaraciyər xərçəngi ilə nəticələnir. Autoimmun hepatitlərdə qaraciyər sirrozu və ya qaraciyər xərçəngi olmuş xəstələrdə digər qaraciyər xəstələrindən daha ağır, daha kəskin gedişli olur və hətta müalicəsində çox ciddi problemlər yaşanır və hətta bunların yüzdə yetmişi sürətli bir formada qaraciyər transplantı ilə nəticələnirlər.

Autoimmun hepatit yoluxucudurmu?

Autoimmun hepatitlər genetik keçidli immun sistemə bağlı bir xəstəlikdir və burada xəstələrimizi daha çox maraqlandıran suallardan autoimmun hepatit evdəkilərə yoluxa bilərmi? ətrafdakılara yoluxa bilərmi? sualları ilə gəlirlər. Autoimmun hepatit irsi olaraq keçid göstərən immun sistemə bağlı xəstəlikdir ki, bu hər hansı qab-qaşıq vasitəsilə, qan vasitəsilə bir otaqda oturmaq ortaq qabdan istifadə etmək kimi vasitələrlə keçməz. Atomun hepatit daha çox genetik keçidlə özünü göstərir ki, valideynlərdən uşağa və ya genetikdə bir dominantlıq göstərirsə, özündən sonrakı ikinci, üçüncü nəsildə özünü göstərir.