Hepatit B virusu, əlamətləri və müalicəsi

Hepatit B virusu nədir və əlamətləri nələrdir?
Hepatit B Qaraciyər virusudur. İlkin olaraq qaraciyəri hədəf alan bir virusdur və qaraciyərə yoluxduqdan sonra qaraciyər serrozu və ya qaraciyər xərçənginə qədər aparıb çıxaran bir virusdur. Bütün ölüm səbəbləri arasında doqquzuncu yeri tutur. Hepatit B qaraciyərə qan yolu ilə yoluxduqdan sonra müxtəlif kliniki əlamətlərlə özünü göstərər. Kəskin xroniki və ya ağırlaşmış formada olmasından asılı olaraq əlamətlər müxtəlif ola bilər. İlkin olaraq virus qaraciyərə yoluxduqdan sonra ilk üç -6 ay ərzində özünü kəskin şəkildə göstərər. Hansı ki, dəridə görünən selik qişada rəngin saralması, ürəkbulanma, qusma, halsızlıq, temperatur, nəcisin rənginin naxolik rəngsiz olması, sidiyin rənginin tünd olması, qırmızı kərpici rəngdə olması kimi şikayətlərlə xəstə gəlir və sağ qabırğa altında ağrılarla özünü şiddətli şəkildə göstərər. Digər xroniki formada gəldikdə isə virusa yoluxduqdan altı ay müddətindən sonrakı mərhələ xroniki hepatit B olaraq adlanır və xroniki hepatit B də xəstə heç bir şikayət, əlamət verməz. Uzunmüddətli gedən xroniki hepatit B-lərdə, hansı ki, qaraciyərdə artıq fibrozis dediyimiz daşlaşma başladıqda, müəyyən bir çox zəif kliniki şikayətlər verər ki, bunlar yüngül bütün xəstəliklərin ümumi simptomu olan əzələ, oynaq ağrısı, halsızlıq, yorğunluq, iştahsızlıq kimi şikayətlərlə özünü göstərir və daha irəliyə, qaraciyərin ciddi zərər gördükdə qaraciyər serrozuna doğru getdikdən sonra isə qaraciyər serrozu və ya qaraciyər xərçənginə doğru getdikdə, qaraciyər xərçənginin əlamət və şikayətlərindən xəstə müraciət edir.
Hepatit B virusu necə müalicə edilir?
Hepatit B virusunun hazırkı dövrümüzə qədər müxtəlif müalicə formaları, üsulları olmuşdur. İlkin olaraq peqno olunmuş və ya peqno olunmamış iynələrdən istifadə olunurdu, hansı ki, bu iynələrin əlavə yan fəsadları ağırlaşmaları çox olduğuna görə müəyyən bir vaxtdan sonra müalicədən çıxarıldı. Daha sonra müalicəyə tabletka şəklində olan müalicə üsulu gəldi. Bu müalicə üsulları da uzunmüddətli bir müalicə üsuludur və ilkin olaraq çıxan preparatlarda müalicələrdə daha uzunmüddətli, hətta xəstənin ömür boyu müalicə alınması vacib olurdu. Hazırkı dərman preparatları ilə tabletka şəklində olan dərman preparatları ilə müalicə üsulu var. Lakin hazırkı dövrümüzdə də müəyyən bir uzun müddət tələb edir. İlkin olaraq hər hansı bir xəstədə hər önümüzə çıxan xəstəyə müalicə verilməsi düzgün deyil. Xəstələrin daha düzgün, daha detallı araşdırılması və ondan sonra müalicənin başlanılması məsləhətdir. Xəstə əgər daşıyıcıdırsa virusu çox aşağıdırsa və qaraciyərə hələ zərər vurmayıbsa, o zaman bu xəstələrin öz immun sistemi ilə virusu yenmə şansı var və ya uzunmüddətli daşıyıcı olaraq getmə şansı var və bu xəstələrdə müalicə başlanmaz. Əgər virus yükü etalon rəqəmlərdən yüksəkdirsə və qaraciyərə zərər vurubsa və ya qaraciyər serrozu, qaraciyər xərçəngidirsə, qaraciyər transplantı olunmuş xəstələrdirsə. o zaman Hepatit B nin müalicəsi artıq başlamağı şərtdir. Hepatit B- nin bugünkü müalicəsində əgər dərman müalicəsi başlanırsa, həkim və xəstə olaraq ən azı beş ili gözünün önünə alır. Bu müalicələrdə yüzdə yetmiş beş hallarda xəstə beş il bu dərman vasitəsindən istifadə etməlidir. Bəzi hallar olur ki, xəstə uzun müddət səkkiz il, on il, hətta ömür boyu bu dərmanı içmək məcburiyyətində qalır. Onun üçün müalicə başlamadan öncə daha detaylı xəstənin araşdırılması, müalicəyə gərək olub olmamasını daha diqqətli baxılması vacibdir.