Hepatit B virusunun yoluxma yolları

Hepatit B virusu necə yoluxur?
Hepatit B-nin yoluxma yolları müxtəlifdir. Hepatit B ən əsas qan yolu ilə yoluxar yüzdə doxsan beş, doxsan yeddi faiz hallarda ən əsas qan yolu ilə yoluxar. Yəni hər hansı bir qan təmasının çapıq dəridən keçməsi ilə və ya hər hansı cızıcı, kəsici, dəlici alətlər vasitəsilə keçməsi yolu ilə yoluxar. Çox az hallarda yüzdə üç, yezdə beş hallarda isə cinsi yolla keçmə, anadan uşağa süd vasitəsilə keçmə, ana bətnindən uşağa keçmə kimi çox az hallarda yoluxma yolları da vardır. Hepatit B nin yoluxmasında ən əsası bətndaxili yoluxma yolu çox az miqdarda təşkil edir. 1-3% təşkil edir, Bu hansı ki daha çox hamiləliyin son trimestrində virusun çox yüksək miqdarda olması virus titrinin qanda çox olduğu bir zamanda keçər. Ümumi praktiki olaraq ana bətnindən uşağa keçmə ehtimalının çox az olduğunu görür. Doğuş vasitəsilə keçmə ehtimalı çox azdır. Burada hər hansı bir keseriya əməliyyatının və ya normal doğuşun olmasının hər hansı bir göstərişi yoxdur. Yəni Hepatit B olan ana da uşağın anadan olmasında hər iki üsul istifadə oluna bilər. Qəti bir göstəriş yoxdur. Hepatit B-nin yoluxmasında ən böyük hissəni təşkil edən qan yolu ilə yoluxmadır ki, bu daha çox hemodializ xəstələrində tez tez rastlaşırıq. Talassemiyalı xəstələrdə hemofiliyalı xəstələrdə qan təması, hansı ki, qan transfüzionu olunacaq xəstələrdə çox rastlaşırıq. Daha çox cinsi partnyorları birdən çox olan şəxslərdə və homoseksualistlərdə daha çox rastlaşırlar. Üç gündən artıq türmə həyatı keçirmiş insanlarda daha çox rastlaşırlar. Dializ keçirilmiş insanlarda daha çox rastlaşıllar qan təmasına tez tez məruz qalınacaq əməliyyatlardan istifadə olunursa, bunlardan daha çox rastlaşırlar ki, bunlar daha çox əməliyyat vaxtı keçilər və qeyri steril formada işlənilən stomatoloji kabinetlərdən keçilər. Çox müəyyən bir miqdar olaraq da cızıcı, kəsici, dəlici alətlər vasitəsilə ev şəraitindən keçə bilər ki, hansı ki, evdə hər hansı bir şəxsdə Hepatit B varsa, ortaq hər hansı bir dırnaq tutan qayçı, daraq, üz dəsmalı kimi vasitələrdən ortaq istifadə olunursa az miqdarda da olsa keçmə ehtimalı olur. Ağız suyu ilə keçmə çox az hallarda özünü göstərir ki, demək olar ki, keçməz. Digər cinsi yolla keçmə, yəni spermadan keçmə yolu isə çox az miqdarda, yox dərəcəsindədir. Bu onunla əlaqəlidir ki, qanda hər hansı bir virusun miqdarına baxsaq, titrinə baxsaq on minlərdə, yüz minlərdə, bir milyonlarla rastlaşarıqsa ağız suyunda hər hansı bir sekretor mayelərdə, sperma mayesində bunların miqdarı çox, çox aşağıdır və bunların virulentliyi də, yoluxdurma qabiliyyəti də aşağı olduğu üçün yoluxdurması çox azdır və çətindir. Yoluxduqda belə qarşı tərəf onu öz immunitetindən artıq yenmiş olur.
Hepatit B virusu orqanizmə yoluxduqdan sonra, əgər uzun müddət qaldıqdan sonra, hansı ki, altı aydan sonra xronikləşər, bu müddət ərzində Hepatit B virusu xronikləşərək, orqanizmdə qaraciyərdə qalar və virusun titirindən asılı olmayaraq virusun orqanizmdəki sayından, miqdarından asılı olmayaraq virus bədəndə varsa, bu pezer analizi ilə özünü göstərir. Virusun əkilmə analizi dediyimiz pezer analizində virusun titrini görə bildik ki, bu virusun titri varsa, orqanizmdə müəyyən qədər sayından asılı olmayaraq şəxs artıq xəstə hesab olunur və bu şəxsdə normal olaraq etalon rəqəm 2000 olaraq götürülür ki, iki mindən aşağıdırsa, virusun miqdarının az olduğunu deyirik. İki mindən yuxarıdırsa virusun miqdarının çox olduğunu deyirik və virus miqdarının neçə olmasından asılı olmayaraq bu şəxs xəstədir. Azdırsa, virusun miqdarı bu o deməkdir ki, bu virusun miqdarı orqanizmə zərər verməyəcək miqdardadır. Qaraciyər serrozu və ya qaraciyər xərçəngi eləməyəcək bir miqdardadır və bunun üzərinə əgər Hepatit B ilə bərabər Hepatit D yoxdursa, xəstənin qaraciyərinə, UZİ və qan analizləri olaraq qaraciyərinə zərər vurma görmürüksə yəni qaraciyərdə sirroz və ya qaraciyər xərçəngi kimi bir ağırlaşma görmürüksə və bu zaman xəstəyə daşıyıcı Hepatit B deyirik. Virusunun miqdarının az olması, Hepatit D-nin olmaması və qaraciyərində zərər vurma olmadığı düşündüyümüz xəstələr daşıyıcı Hepatit B xəstələrdir.