Hepatit C virusu nədir?

Hepatit C virusu nədir və yoluxma səbəbləri nələrdir?
Hepatit C virus infeksiyasıdır və ilkin olaraq qaraciyəri hədəf alan bir virus infeksiyasıdır və orqanizmə yoluxduqdan sonra qaraciyər serrozu qaraciyər xərçəngi yaradan bir virusdur. Hepatit C-də yoluxma yolları müxtəlifdir. Ən əsas yoluxma yolu qan yolu ilə yoluxar. Bu şəxslərdə yüzdə doxsan beş, doxsan altı faiz hallarda qan yolu ilə yoluxar. Digər yoluxma üsulları az da olsa vardır, hansı ki, ana bətnindən uşağa yoluxma və ya ailədaxili yoluxma yolları. Qan yolu ilə yoluxma yollarında daha çox günümüzdə gördüyümüz yoluxma yolları, hemodializ xəstələr, hemofilialı xəstələrdir ki, qan təmasına tez tez məruz qalırlar. Eroin istifadə edən xəstələr hansı ki, onlar tez tez kəsici, cızıcı, dəlici alətlərdən, iynələrdən istifadə edirlər və ortaq iynələrdən istifadə edirlər. Digər yoluxma yollarından türmə həyatı keçirmiş şəxslərdə tez tez ortaq kəsici dəlici alətlərdən istifadə olunması üsullarıdır. Pedikür, manikür, bərbər bu kimi yerlərdə olduqda gözəllik salonlarından keçmə ehtimalı daha yüksəkdir ki, burada ortaq kəsici, cızıcı, dəlici alətlərdən istifadə olunur. Dializ xəstələrində tez tez böyrəklə bağlı sıxıntıları olduğuna görə onlarda tez tez xüsusi dializ aparatına qoşulur və burda qan təmasına tez-tez məruz qalırlar və bu yolla yoluxma yolları daha çoxdur. Anadan körpəyə keçmə, yoluxma yolu çox aşağı səviyyədədir. Bu daha çox hamiləliyin son trimestrində və virusun şiddətli, anidən yüksəldiyi bir dövrdə və ya hamiləlikdə kəskin hepatit C olduq da yoluxma ehtimalı daha çox artır. Xroniki hepatit C-lərdə virusun miqdarı kəskindən daha aşağı olduğuna görə hamiləliyin ilk trimestrində keçmə ehtimalları çox azdır. Doğuş zamanı anadan uşağa keçmə ehtimalı 1-3% hallarda olar, bu da doğuş zamanı körpənin dərisinin zədələnməsi yolu ilə keçər ki, hansı ki, bu zaman normal doğuş və ya keysəriyə əməliyyatın hər hansı birinin fərqi yoxdur. Hepatit C olan şəxslərdə hər ikisi də ola bilər, ancaq körpədə dəri travmasının olması məsələsi çox önəmlidir ki, bu körpələrdə bir-üç faiz hallarda rast gəlir. Körpə anadan olduqdan bir il sonra qanda Hepatit C-nin ifa üsuluna baxılması məsləhətdir.
Hepatit C virusunun əlamətləri nələrdir?
Hepatit C virusunun əlamətləri xəstəliyin dövründən asılı olaraq dəyişir. Kəskin məhlədə Hepatit C yə yoluxmuş olan xəstələrdə, hansı ki, yoluxmadan ilk üç-6 ay içərisində özünü göstərir. Bu xəstələrdə ümumi hepatit əlamətləri olaraq şikayətləri olaraq klinik olaraq xəstə tərəfimizə müraciət edər. Dəri və görünən selik qişanın rənginin saralması, sidiyin rənginin tündləşməsi, nəcisin axolik olması, qaşıntı, temperatur, hərarətin yüksək olması, sağ qabırğa altında ağrılar, bulantı, bəzən qusma kimi şikayətlərlə özünü göstərir və çox şiddətli qaşınmalarla gələn xəstələr bizə. Kəskin dövr bitdikdən sonra və ya xəstə bizə müraciət edəndə xronikidirsə heç bir əlamət şikayət verməz, uzunmüddətli bu virus orqanizmdədirsə və qaraciyərə müəyyən qədər zərər verirsə, təsir edirsə, qaraciyər daşlaşması fibrozis yaradırsa, o zaman minimal şikayətlər olmağa başlayır ki, hansı ki, bu əlamətlər ümumi şikayətlərdə simptomlardır. Bunlar halsızlıq, yorğunluq, tez tez ürəkbulanmaların olması kimi əlamətlərdən başlayır və qaraciyər serrozu qaraciyər xərçəngi kimi ağırlaşmalar olduqda şikayətlər daha ciddi qabarıq şəkildə özünü göstərir ki, bu əlamətlər artıq ümumi qaraciyər serrozuna və ya qaraciyər xərçənginə aid olan əlamətlərdir. Xroniki hepatit C-lərdə hər hansı bir əlavə şikayət özünü göstərməz. Ağırlaşma olduqda özünü göstərir.